Dünyada yayılmış koronavirusun (COVİD-19) ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Hökuməti tərəfindən təxirəsalınmaz tədbirlər görülür. Bu baxımdan SOCAR-ın Baş ofisi və strukturuna daxil olan qurumlar, o cümlədən “Azəriqaz” İstehsalat Birliyində də bir sıra əlavə zəruri tədbirlərin görülməsinə başlanılıb. ONN media bildirir ki, bayram günlərində də Birlik adi iş rejimində fəaliyyətini davam etdirəcək. Eyni zamanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün profilaktik tədbirlər daha da gücləndiriləcək. Birliyin müəyyən edilmiş sayda işçiləri Novruz bayramındakı qeyri-iş günlərində (mart ayının 20, 21, 22, 23, 24, 25, 26 və 27-si) tam iş günü rejimində işlərə cəlb ediləcəklər. Lakin 60 yaşdan yuxarı şəxslər və öhdəsində azyaşlı uşağı olan qadınlar, eləcə də onkoloji və ya ağciyər xəstəliyi olan digər şəxslər, həmçinin birgə yaşayan ailə üzvlərində qrip, soyuqdəymə, halsızlıq və digər bu kimi oxşar hallar aşkarlanan işçilər qeyd edilən tarixlərdə işə cəlb edilməyəcək. Bundan başqa qəbul otağında vətəndaşların fiziki qəbulları təxirə salınır, vətəndaşların müraciətlərinin fasiləsiz qəbulu yalnız elektron və telefon rabitəsi vasitəsilə həyata keçiriləcək. Bununla yanaşı günün 24 saatı “Azəriqaz” İstehsalat Birliyinin sosial şəbəkədəki ünvanları, 104/185 saylı Çağrı Mərkəzinin qaynar xətti, (+99477) 3 104 104 saylı daim aktiv rejimdə çalışan Whatsapp nömrəsinə də müraciətlər qəbul olunacaq. İş yerlərinə kənar şəxslərin, o cümlədən işlə əlaqədar qonaqların girişi məhdudlaşdırılır və belə görüşlərin məsafədən təşkil edilməsi üçün tədbirlər görülür.
“Azəriqaz” onlayn iş rejiminə keçdi



Bir sıra dövlət strukturları bayram günlərində adi iş rejimində çalışacaq - SİYAHI
“Azəriqaz” gücləndirilmiş iş rejimində işləyəcək
SON DƏQİQƏ: Azərbaycanda koronavirusa görə bütün təhsil müəssisələrində dərslər dayandırılıb
Qarabağ məşqləri ləğv etdi- SƏBƏB İSƏ...
“Azəriqaz” bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək
Dövlət Komitəsində bu əməkdaşlar evdən işləyəcək
Tibbi maskalarla bağlı VACİB QƏRAR
“Azəriqaz” İB bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək
Bakıda bu sürücülər və sərnişinlər yoxlanılır
Azərbaycanda 30 -dan çox məhkumda koronavirus tapıldı
İstilik mövsümünə tez başlanıla bilər - TAPŞIRIQ
Məktəblərdə tətilin müddəti uzadıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 