Aprelin əvvəlində əhaliyə ediləcək güzəştlərlə bağlı təkliflər açıqlanacaq. ONN media xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Rusiyada koronavirus səbəbiylə karantin müddəti üçün kommunal ödənişlərdən azad olunması ilə bağlı təkliflərdən danışarkən deyib. Onun sözlərinə görə, əhaliyyə güzəştlərlə bağlı məsələ hələ ki işçi qrupunun müzakirəsi mərhələsindədir: "Biznes dairələrə, hüquqi şəxslərə, muzdlu işçilərə, sosial müdafiəyə ehtiyacı olan əhalinin bu həssas qruplarına hansı güzəştlər olunacaq və dövlətin hansı formada dəstəyi olacaq, hansı mexanizmlər həyata keçiriləcək, bütün bunlar bir neçə işçi qrupunda müzakirə olunur. Aprelin əvvəlində bu təkliflər tam açıqlanacaq. Orada müxtəlif məsələlər var. Məqsəd budur ki, insanların itkiləri, koronavirusun yaratdığı problemlər minimallaşdırılsın. Amma istəlinən halda xalqa dəstək olunacaq. Prezidentin göstərişi belədir, tapşırıq verilib və vəsait ayrılıb. 4 işçi qrupu da hazırda bu məsələlər ətrafında işləyir. Yaxın 4 gün ərzində qrupun hazırladığı təkliflər Nazirlər Kabinetinə təqdim olunacaq. Bundan sonra isə qərar qəbul olunacaq". İbrahim Məmmədov qeyd edib ki, əhalinin müdafiəsi üçün işlər görülür: "Konkret hansı formada və hansı sahəyə güzəştlər olunacağını bəribaşdan demək çətindir. Deyirsiniz, Rusiyada kommunal ödənişlərin ləgv olunması məsələsi təklif olunub. Ola bilsin, kommunal ödənişlər də olsun. Amma olacaq. Prinsip belədir ki, əhalinin itkiləri minimallaşdırılsın, dövlət əhalinin, biznes strukturlarının və hüquqi şəxslərin itkilərinə şərik olacaq, onu paylaşacaq. Bu, siyasi iradədir".axar.az
Azərbaycanda kommunal ödənişlər ləğv oluna bilər - Rəsmi



Həftəsonu sərt karantin tətbiq ediləcək? - AÇIQLAMA
Bakıda karantin keçid postları ləğv olundu
Azərbaycanda fövqəladə vəziyyət elan oluna bilər – RƏSMİ
Azərbaycanda səfərbərlik elan olunacaq? - RƏSMİ
Əhaliyə yardım paketi niyə gecikir? - Ekspert
Küçəyə çıxma qadağası tətbiq ediləcək - RƏSMİ
Dərslər yenə təxirə salına bilər
Dəniz mövsümündə çimərliklər nə zaman açılacaq? - RƏSMİ CAVAB
Karantin rejimi nə vaxt tam ləğv olunacaq? – AÇIQLAMA
Karantin rejimi ilə bağlı vacib açıqlama
Azərbaycanda sərt karantin rejimi uzadılacaq?
Karantin rejimi ilə bağlı VACİB AÇIQLAMA
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 