Koronavirus pandemiyası ölkəmizdə bir deyil, bir neçə sahəyə ziyan vurub. Hazırda bu sahələr üzrə dəyən ziyan hesablanır. Bu, çox çətin prosesdir, lakin başda əhalinin aztəminatlı hissəsi olmaqla, bütün vətəndaşlara dəyən ziyan kompensasiya ediləcək. ONN media xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Pərviz Heydərov koronavirusla əlaqədar dövlət dəstəyi paketinin hazırlanması ilə bağlı danışarkən deyib. O bildirib ki, yaradılan 4 İşçi Qrup müxtəlif sahələr üzrə dəyən ziyanı hesablayıb, təkliflər planı hazırlayır: “Nəzərə almaq lazımdır ki, cəmiyyətdə mövcud vəziyyətlə bağlı ziyan görən sektorlar çoxdur. Yəni bu, bir sahə üzrə olsa, problem tez həll edilərdi. Birdən çox sahəyə ziyan dəydiyi üçün 4 İşçi Qrup yaradılıb. Bu qruplar ümumilikdə fərqli sahələr üzrə vətəndaşlara dəyən ziyanı hesablayır və təkliflər planı hazırlayır. Misal üçün bir qrup makro və mikro sahibkarlar üzrə işləyirsə, digər bir qrup onların tabeliyindəki günəmuzd işçilərlə bağlı çalışır, o biri qrup aztəminatlı ailələrə yardımı araşdırır və s.” İqtisadçı qeyd edib ki, artıq makro və mikro sahibkarlarla bağlı müvafiq yardım təklifi hazırlanıb, təqdim olunub: “Yaxın günlərdə əhalinin aztəminatlı hissəsi ilə bağlı da yardım paketi açıqlanacaq. Bu paketin gec açıqlanmasının səbəbi onun mexanizmləri üzərində aparılan işlərin hələ yekunlaşmamasıdır”.axar.az
Əhaliyə yardım paketi niyə gecikir? - Ekspert



Gecə klubundakı partlayışda dəyən ziyanı kim ödəyəcək?
Qəzzaya dəyən ziyan açıqlandı
İlham Əliyevdən “Diqlas"la bağlı VACİB TAPŞIRIQ
“Zavodda 6 aylıq yağ ehtiyatı yanıb, zərər 10 milyonlarla ölçülür”
Bu şəxslərə 1242 manat ödəniləcək - NAZİR AÇIQLADI
Yolun vəziyyətinə görə ziyan çəkən sürücülərə ŞAD XƏBƏR
Ermənilər yeni dinc sakinləri hədəf aldı: 70-dən çox ev...
Bu sahibkarların DİQQƏTİNƏ
Nazir əraziyə baxış keçirdi: 6 ev dağılıb – RƏSMİ AÇIQLAMA
Ali məktəblərin bakalavriat pilləsi üzrə yeni ixtisaslar yaradılıb – SİYAHI
Tokayev Qazaxıstana dəyən zərəri açıqladı
Bu ixtisaslarda təhsil almaq istəyənlərə şad xəbər
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 