Fevralın 27-də Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yeni hərrac keçiriləcək.
ONN media xəbər verir ki, ümumilikdə hərraca 55 dövlət əmlakı çıxarılıb.
Bunlardan 23-ü səhmdar cəmiyyəti, beşi kiçik dövlət müəssisə və obyekti, 16-sı istifadəsiz qeyri-yaşayış sahəsi, 11-i isə nəqliyyat vasitəsidir. Dövlət əmlaklarının çox çeşidli olması investorların həm iri, həm də kiçik biznes layihələrinin reallaşdırılmasına imkan verir.
Hərracda əmlak sahibi olmaq istəyən vətəndaşın cəmi iki sadə proseduru yerinə yetirməsi kifayətdir. Birinci komitənin elektron xidmətlər portalı vasitəsi ilə sifariş verilir, ikinci mərhələdə isə əmlakın satış qiymətinin 10%-i məbləğində behi ödənilməklə hərracda iştirakçı statusu qazanılır. Qeyd edilməlidir ki, sifarişlər hərracın keçirilməsinə üç bank günü qalanadək verilməlidir.
Prosesə çıxarılan kiçik dövlət müəssisəsi və obyektin dördü torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb.
Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Şirvan, Zaqatala, Ağstafa və Cəlilabad rayonlarında yerləşir. Hərraca çıxarılan müəssisələr sırasında Şirvan Mexanizasiya Sahəsi, Zaqatalada yerləşən 9 saylı Səyyar Mexanikləşdirilmiş Dəstəsi kimi iri dövlət əmlakları var.
Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında Hacıqabulda yerləşən 12/1 saylı mağazanı nümunə kimi göstərmək olar. Həmin obyekt investorlar üçün xidmət sahəsində əlverişli obyektdir. Obyektin ümumi faydalı sahəsi 70 kv.m-ə yaxındır.
Özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən altısı paytaxtda, səkkizi Sumqayıtda, qalanları isə Mingəçevir şəhərində, Ağdaş rayonunda yerləşir. Hərraca çıxarılan belə əmlakların sahəsi 18 kv.m ilə 124 kv.m arasında dəyişir. Bu isə vətəndaşlarda seçim imkanını artırır.
Özəlləşdiriləcək səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Belə iri müəssisələr sırasında “Mingəçevir Qum Çınqıl”, “Yevlax Kəndkimya Təchizat”, “Astara çay-3”, “Şıxlar Broyler”, “Ağcabədi Aqrotexservis”, “Ucar ağac emalı” kimi səhmdar cəmiyyətlər var.
Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir. Prosesə çıxarılan səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir.
Hərraca çıxarılan nəqliyyat vasitələrinin markaları da müxtəlifdir. Həmin avtomobillərin buraxılış tarixləri 2004-2008-ci illəri əhatə edir.



87 dövlət əmlakı özəlləşdirilir - VAXT
Bu dövlət əmlakları özəlləşdirildi
İş adamlarının - NƏZƏRİNƏ
Azərbaycanda daha 13 dövlət əmlakı özəlləşdirildi
Sürücülərin NƏZƏRİNƏ: 21 avtomobil hərraca çıxarılır
Azərbaycanda 12 nəqliyyat vasitəsi özəlləşdirildi - SİYAHI
Azərbaycanda daha 56 dövlət əmlakı satışa çıxarılır
Azərbaycanda 13 şirkət hərraca çıxarılacaq
Hərracın nəticələri açıqlandı
Azərbaycanda daha 8 dövlət əmlakı özəlləşdirildi
192 dövlət əmlakı özəlləşdirilir - Mehmanxana, kinoteatr...
Maşın həvəskarlarının NƏZƏRİNƏ: 5 minə "Mersedes", 3 minə...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 