ONN İnformasiya Agentliyi

"Qarabağ" ən yaxşı 10 klub sırasında - SİYAHI

"Qarabağ" ən yaxşı 10 klub sırasında - SİYAHI
16-08-2020, 18:03

Avropa Futbol Federasiyaları Assosiasiyasının (UEFA) klub reytinqinə əsasən Azərbaycanın “Qarabağ” futbol komandası post-sovet məkanının ən yaxşı 10 klubu siyahısındadır. ONN media  xəbər verir ki, 15 avqust tarixində UEFA-nın rəsmi veb səhifəsində Avropa futbol klublarının növbəti reytinq cədvəli yenilənib. Bu cədvəldə Avropanın 200 ən yaxşı klubları yer alıb. Reytinq cədvəlində əsasən aşağıdakı klublar ilk onluqda yer alıblar: 1.Real Madrid 2.Bayern Münhen 3.Barselona 4.Atletiko Madrid 5.Yuventus 6.Mançester Siti 7.Paris Sen Jermen 8.Mançester Yunayted 9.Liverpul 10.Sevilya Maraqlıdır ki, post-sovet məkanının futbol klublarını müqayisə edərkən görürük ki, reytinq cədvəli futbol klublarının son 5 ildə əldə etdikləri kofisentlərə əsasən hazırlanmışdır. Əgər keçmiş SSRİ məkanını müqayisəli şəkildə analiz etsək, görərik ki, bu region üzrə cədvəldə, UEFA üzvü olan post-sovet məkanı ölkələrini 200 ən çox kofisent toplayan klublar arasında 25 ən yaxşı nəticələrə malik olanları aşağıdakılardır (Mötərizədə UEFA reytinqində tutduğu yer göstərilir): 1.Şaxtyor (Donetsk, Ukrayna) – (14) 2.Zenit (Sankt-Peterburq, Rusiya) (22) 3.CSKA (Moskva, Rusiya) (33) 4.Dinamo (Kiyev, Ukrayna)(24) 5.Krasnodar (Rusiya) (45) 6.Lokomotiv (Moskva, Rusiya) (51) 7.Astana (Qazaxstan) (56) 8.BATE (Minsk, Belarus) (63) 9.Qarabağ (Ağdam, Azərbaycan) (72) 10.Spartak (Moskva, Rusiya) (84) 11. Riga (Latviya) (101) 12.Saburtalo (Tbilisi, Gürcüstan)(103) 13.Ventspils (Latviya) (105) 14.Sherif (Tiraspol, Moldova) (112) 15.Zarya (Luqansk, Ukrayna) (115) 16.Rostov (Rusiya) (116) 17.Nömmü Kalju (Tallinn, Estoniya) –( 118) 18.Dinamo (Tbilisi,Gürcüstan) 131) 19.Arsenal (Tula, Rusiya) (132) 20.Flora (Tallinn,Estoniya) (139) 21.Qəbələ (Azərbaycan) – (148) 22.Oleksandriya (Ukrayna) (151) 23.Dinamo (Minsk, Belarus) (166) 24.Süduva (Litva) (169) 25.Alaşkert (Ermənistan) (179)

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png