Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan QSC "Bank Standard", ASC "Texnikabank", ASC "Kredobank", ASC "Zaminbank", ASC "Royalbank" və ASC "Bank of Azerbaycan"ın balansında olan daşınar və daşınmaz əmlakları 60 lot üzrə satışa çıxarır.
ONN media-nın məlumatına görə, bu barədə Fonddan AZƏRTAC-a bildiriblər ki, 27 lot üzrə əmlak ilk dəfə, 20 lot üzrə əmlak ikinci dəfə, 13 lot üzrə əmlak isə üçüncü dəfə hərraca çıxarılır. Üçüncü hərraca çıxarılan əmlakların ilkin satış qiyməti 15 faiz aşağı salınıb. Bu kateqoriyaya ləğv prosesində olan QSC "Bank Standard" KB-nin balansındakı 1 ədəd "Daewoo Nexia", 2 ədəd "Mitsubishi Lancer", 5 ədəd "Toyota Corolla", 1 ədəd "Toyota Avalon" markalı minik avtomobilləri, 2 ədəd bankomat, ləğv prosesində olan "Texnikabank" ASC-nin balansındakı bağ evi və ləğv prosesində olan "Kredobank" ASC-nin balansındakı qeyri-yaşayış sahəsi aiddir. Bu əmlakların satışı üzrə hərrac martın 27-də keçiriləcək. Ləğv prosesində olan QSC "Bank Standard" KB-nin balansındakı 2 ədəd VAZ-213100, 1 ədəd "Lexus LX-570", 1 ədəd "Mercedes Benz CLS 63 AMG", 1 ədəd "Mercedes Benz GL500", 1 ədəd "Mercedes Benz S500i", 1 ədəd "Jeep Grand Cherokee", 2 ədəd "Mitsubishi Lancer" markalı avtomobillər, ləğv prosesində olan "Royalbank" ASC-nin balansındakı 1 mənzil və 2 ev, ləğv prosesində olan "Kredobank" ASC-nin balansındakı 1 mənzil və ləğv prosesində olan "Texnikabank" ASC-nin balansındakı 7 ədəd qeyri-yaşayış sahəsi ikinci dəfə hərraca çıxarılacaq. Ləğv prosesində olan QSC "Bank Standard" KB-nin balansındakı 4 ədəd "Hyundai Accent", 1 ədəd "Daewoo Nexia" minik avtomobilləri, 10 ədəd bankomat, 1 ədəd pulsayan və 1 ədəd pulpresləyən aparatları, ləğv prosesində olan "Zaminbank" ASC-nin 1 qeyri-yaşayış sahəsi və 3 mənzil, ləğv prosesində olan "Royalbank" ASC-nin balansındakı 1 fərdi ev, ləğv prosesində olan "Texnikabank" ASC-nin balansındakı 157 ədəd mebel və texniki avadanlıq (bir lot üzrə), 1 ədəd bankomat və 1 ədəd "QAZ-3302-18" yük avtomobili, ləğv prosesində olan "Kredobank" ASC-nin balansındakı 1 ədəd "Lexus LS460" avtomobili və ləğv prosesində olan "Bank of Azerbaijan" ASC-nin balansındakı "Ford Transit" avtomobili hərraca ilk dəfə isə çıxarılıb. Birinci və ikinci dəfə satışa çıxarılan əmlaklar üzrə hərrac aprelin 3-də keçiriləcək. Hərrac açıq formada Azərbaycan Respublikası Xammal və Əmtəə Birjasında, Bakı şəhəri, İ.Hidayətzadə küçəsi, 156(20A) 1933-cü məhəllə ünvanda olacaq.
Maraqlananlar əlavə məlumatı http://www.birjanews.az/store/mantlrin-sigortalanmasi-fondu linki, www.adif.az saytı vasitəsilə və 566-70-25, 566-79-67 telefonlarla əldə edə bilərlər.



Bağlanan 9 bankın əmlakı satışa çıxarıldı
4 bankın əmlakı hərraca çıxarıldı
Azərbaycanda bu bankların əmlakları hərraca çıxarılır
Azərbaycanda bu banklar BAĞLANDI
Bağlanan 3 bankın əmlakı satışa çıxarılır
Bağlanmış iki bankın əmanətçilərinə 47,1 mln. manat kompensasiya ödənilib
Günay Bank kreditorlarına müraciət etdi
Nazirə məxsus 7 şirkət ləğv olundu
Əmanətçilərin nəzərinə - Pullarınız bu tarixdən etibarən qaytarılacaq
"Günay Bank" əmanətçilərinin NƏZƏRİNƏ
Bağlanan banklarda ödənişi olanların diqqətinə
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 