Azərbaycanda son illər heyvandarlıq sahəsində narahatedici tendensiya müşahidə olunur. Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun sözlərinə görə, ölkədə heyvanların baş sayında azalma qeydə alınıb. Belə ki, 2024-cü ildə 2,5 milyon baş iribuynuzlu, 6,9 milyon baş xırdabuynuzlu heyvan mövcud olub. Bu da son üç ildə müvafiq olaraq 6 faiz və 11 faiz azalma deməkdir.
Heyvanların baş sayının azalması ət bazarına necə təsir göstərəcək? Təklifin azalması fonunda qiymət artımı qaçılmazdır, yoxsa idxal hesabına bu riskləri neytrallaşdırmaq mümkündür?
ONN media xəbər verir ki, bu barədə Globalinfo.az-a danışan kənd təsərrüfatı üzrə ekspert Həzi Eynalov nəzəri olaraq daxili istehsaldakı azalmanın idxal hesabına kompensasiya edilməsinin mümkün olduğunu deyib:
“Bir çox ölkələrdə, o cümlədən qonşu Türkiyədə və digər dövlətlərdə bu təcrübə tətbiq olunur. Azərbaycanda da müəyyən heyvandarlıq məhsulları idxal edilir və bu, normal haldır. Əsas məsələ idxal olunan məhsulların keyfiyyət standartlarına cavab verməsidir. Söhbət yalnız miqdardan deyil, əhalinin istehlak etdiyi məhsulların təhlükəsizliyindən və keyfiyyətindən gedir. Bu məsələlər dövlət qurumlarının ciddi nəzarətindədir və qiymətlərin kəskin artımaması üçün tədbirlər görülür”.
Ekspert vurğulayıb ki, əsas prioritet daxili istehsal potensialının hərəkətə keçirilməsidir:
“Bu məsələ ərzaq təhlükəsizliyi baxımından son dərəcə vacibdir. Dövlətin heyvandarlığın inkişafı, regionların sosial-iqtisadi dirçəldilməsi və kənd təsərrüfatının gücləndirilməsi ilə bağlı müxtəlif proqramları mövcuddur. Son illər ət və ət məhsullarının əlçatanlığının təmin edilməsi istiqamətində mühüm addımlar atılıb”.
H.Eynalovun sözlərinə görə, müəyyən dövrlərdə iqlim dəyişiklikləri və digər daxili amillər heyvandarlıq məhsullarının istehsalında azalmaya səbəb ola bilər:
“Bu da bazarda qiymət artımı ilə müşahidə olunur. Belə hallarda idxal məhsullarının bazara çıxarılması ən azından tarazlığın qorunması baxımından mühüm rol oynayır. Lakin əsas məqsəd uzunmüddətli və dayanıqlı strategiyanın formalaşdırılmasıdır. Bu strategiya gələcək illərdə Azərbaycanda ət və ət məhsullarına olan tələbatın lazımi səviyyədə ödənilməsini təmin etməlidir”.
Azərbaycanda ət bahalaşacaq?



Azərbaycanda ətin bahalaşması davam edəcəkmi?
Azərbaycanda ət niyə bahalaşır? - Palata səbəbləri AÇIQLADI
Əli Əsədov qiymət artımından danışdı
Kənd təsərrüfatının ümumi məhsulunun dəyəri açıqlandı
Ev tikmək istəyənlərə şad xəbər
Avtomobil bazarında qiymətlər bahalaşacaq?
Ətin qiyməti kəskin artdı
Azərbaycanın əsas ixrac-idxal tərəfdaşları AÇIQLANDI
Azərbaycanda qiymət artımı qaçılmazdır - DEPUTATDAN AÇIQLAMA
I sinfə gedən uşaqların azalması bu təhlükələri VƏD EDİR
Azərbaycanda çörəyin qiyməti bahalaşdı
Kərə yağı bahalaşdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 