Azərbaycan əhalisinin gündəlik qida rasionunda mühüm yer tutan ət bahalaşmaqda davam edir.
Hazırda ölkədəki marketlərdə, eləcə də fərdi sahibkarlara məxsus ət mağazalarında 1 kiloqram dana ətinin qiyməti 20 manata yaxındır, quzu ətinin qiyməti isə 20 manatı keçib.
ONN media xəbər verir ki, Report ətin bahalaşmasının səbəbləri və nə qədər davam edəcəyi barədə araşdırma aparıb.
Paytaxtda qəssablıq edən Aqil Əhmədov deyir ki, o, bacardıqca satdığı ətin maya dəyərinin az olmasına çalışır, odur ki, heyvanları əsasən Bərdə bazarından, yəni birbaşa istehsalçıdan alır: "Əhali mal-qarasını və qoyun-quzusunu özü bazara çıxarır, biz isə oradan tədarük edirik. Qiymətlər bazar iqtisadiyyatının əsas prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında formalaşır. Satışın maya dəyərinə nəqliyyat və kəsim xərcləri də əlavə olunur ki, bu da yekun qiymətə təsir göstərir. Bundan başqa, iri və xırdabuynuzlu heyvanların sayında azalma müşahidə edilir. Son vaxtlar yayılan dabaq xəstəliyinin də bazara müəyyən təsiri var".
Onun proqnozuna görə, yaxın aylarda ət qiymətlərində ciddi artım gözlənilmir: "Yalnız cüzi bahalaşma mümkündür. Ümumilikdə isə noyabr ayına qədər qiymətlərin sabit qalacağı gözlənilir".
Naxçıvan Muxtar Respublikasının keçmiş kənd təsərrüfatı naziri, aqrar sahə üzrə ekspert Rəcəb Orucov deyir ki, son illər ətin sürətlə bahalaşmasının həm obyektiv, həm də subyektiv səbəbləri var. Onun sözlərinə görə, hər şeydən əvvəl ölkədə iri və xırdabuynuzlu heyvanların sayı azalıb: "Bu azalma bir tərəfdən heyvan saxlamağın əvvəlki illərə nisbətən baha başa gəlməsi, digər tərəfdən isə intensiv heyvandarlıq sahəsindəki müəyyən çətinliklərlə bağlıdır".
Xatırladaq ki, 2025-ci ilin yanvarın 1-nə ölkədə olan iribuynuzlu mal-qaranın sayı 2 milyon 465,6 min baş, 2024-cü il yanvarın 1-nə 2 milyon 507,7 min baş, 2023-cü il yanvarın 1-nə 2 milyon 618,1 min baş, 2022-ci il yanvarın 1-nə 2 milyon 648,8 min baş, 2021-ci il yanvarın 1-nə 2 milyon 650,7 min baş, 2020-ci il yanvarın 1-nə isə 2 milyon 646,6 min baş olub.
Azərbaycanda ətin bahalaşması davam edəcəkmi?



ŞAD XƏBƏR- Ətin qiyməti ucuzlaşdı
Ətin qiyməti yenidən bahalaşacaq?
Ətin qiyməti bahalaşa bilər?
Azərbaycanda quzu əti bahalaşdı
Ətin ucuzlaşmasına səbəb nədir?
Ət nə qədər bahalaşıb? – Son qiymətlər
Mal əti UCUZLAŞDI - Son qiyməti
Ət bahalaşdı, restoranlar qiymətləri artırdı
Ətin qiyməti kəskin artdı
Qurban bayramına görə ət bahalaşdı?
Bakıda ətin qiyməti kəskin bahalaşdı
Əhalini SEVİNDİRƏCƏK XƏBƏR - Ətin qiyməti ucuzlaşdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 