2025-ci ildə “Bank Respublika”da fiziki şəxslərin depozitləri kəskin azalıb.
ONN media xəbər verir ki, 2024-cü ildə bankda fiziki şəxslərin əmanətlərinin həcmi 636 milyon 244.66 min manat təşkil edirdisə, 2025-ci ildə bu göstərici 603 milyon 726.04 min manat olub (32 milyon 518,62 min manat və ya 5,11% azalma).
Hesabat dövründə bankın öhdəlikləri artıb. Bankın öhdəlikləri 2025-ci ilin dekabrın 31-nə 498 milyon 276.22 min manat və ya 25.2% artaraq 2 milyard 476 milyon 269.61 min təşkil edib. 2024-cü ildə bu rəqəm 1 milyard 977 milyon 993.39 min manat idi.
Maliyyə qurumunun kredit təşkilatları və digər maliyyə instutları qarşısında öhdəlikləri 92.9% artaraq 1 milyard 9 milyon 613.83 min manata yüksəlib (2024-cü ildə - 523 milyon 479.36 min manat).
Əlavə olaraq bildirək ki, "Bank Respublika"nın faiz xərclərində də artım müşahidə olunub. Belə ki, bank dövr ərzində 129 milyon 847.82 min manat məbləğində faiz ödənişi həyata keçirib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 34 milyon 29.72 min manat və ya 35.5% çoxdur.
Xüsusilə cəlb edilmiş kreditlərə görə ödənilən faizlər kəskin artaraq 68 milyon 740.52 min manat (82.13%), Qiymətli kağızlar üzrə ödənilən faiz ödənişləri isə 2 dəfəyə yaxın (99,22%) artaraq 2 milyon 130.53 min manat təşkil edib. Bankın qeyri-faiz xərcləri isə 14,55% artaraq 127 milyon 688.44 min manat olub.



Ramiz Mehdiyevin ailə bankı ciddi zərər gördü
Bu bankın zərəri gəlirindən çoxdur- Bağlana bilər?
Əhalinin banklardakı pulu 8 milyard manatı ötüb
Azərbaycanlılar pulunu harada saxlayır? - STATİSTİKA
“Azərsu” ötən ili 180,5 milyon zərərlə başa vurub
MM-ə ayrılan vəsait artırıldı
“Azərkosmos” fəaliyyətinin son ilini zərərlə başa vurdu
Azərbaycanın bu pul nişanları yenilənir
Azərbaycan əhalisinin banklarda nə qədər pulu var?
Ölkə əhalisinin banklarda olan əmanətləri nə qədərdir?
Neft fondunun büdcəsi ilə bağlı sərəncam imzalandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 