“Azərkosmos” ASC 2020-cu ili 5,005 milyon manat mənfəətlə başa vurub. Halbuki, qurum 2019-cu ildən 3,618 milyon manat mənfəətlə çıxmışdı.
ONN media xəbər verir ki, ötən il “Azərkosmos”un göstərdiyi xidmətlərin satışından gəlirləri 54,339 milyon manat (əvvəlki ilə nisbətən 4,5% çox), xidmətlərinin maya dəyəri 45,292 milyon manat (19,3% çox), ümumi və inzibati xərcləri 9,745 milyon manat (8,7% az), ticarətdən debitor borcları üzrə xalis dəyərsizləşmə gəliri 28 min manat (əvvəlki il zərər olub), maliyyə gəlirləri 10,268 milyon manat (16,1% az), maliyyə xərcləri 20,579 milyon manat (14,2% az), sair gəlirləri isə 21,285 milyon manat (32,65 dəfə çox) təşkil edib. Səhmdar cəmiyyəti mənfəət vergisi ödəməyib.
Bu il yanvarın 1-nə “Azərkosmos”un aktivləri 592,482 milyon manat olub ki, bu da illik müqayisədə 5,75% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 8,9% azalaraq 604,68 milyon manata, balans kapitalının çatışmazlığı isə 65,3% azalaraq 12,198 milyon manata düşüb, o cümlədən nizamnamə kapitalı 2,7 dəfə artaraq 169,306 milyon manat olub.
Xatırladaq ki, “Azərkosmos” 2011-ci ildə yaradılıb. 100% dövlətə məxsus səhmdar cəmiyyəti Prezident İlham Əliyevin bu il aprelin 27-də imzaladığı Fərmanla Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərkibində Kosmik Agentliyə çevrilib.



“Azərsu” ötən ili 180,5 milyon zərərlə başa vurub
Azərbaycanda suyun qiyməti bahalaşır?
Ölkəmizdə bu agentlik zərərlə işləməyə başladı
Bu bankın zərəri gəlirindən çoxdur- Bağlana bilər?
BNA 32 milyon manat ziyan edib - HESABAT
Neft Fondunun aktivləri 240 milyon dollar artıb
Dövlət agentliyinin gəlirləri AZALDI
ARDNF-in aktivləri 45 milyard dolları keçdi
Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
2024-cü ilin dövlət büdcəsi təsdiq edildi
Dövlət büdcəsi son oxunuşda qəbul edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 