"Dövlət qurumunun sahibkarın fəaliyyətini 1 ay müddətində yoxlaması heç də arzuolunan hal deyil".
ONN media xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Gömrük Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı bildirib.
"Layihəyə əsasən, kameral və səyyar auditlərin aparılması nəzərdə tutulur. Səyyar gömrük auditi 20 iş günü müddətində aparılır. Əlavə araşdırma tələb olunduqda gömrük orqanının əsaslandırılmış qərarı ilə səyyar gömrük auditinin aparılması müddəti 30 iş gününədək artırıla bilər.
Proseslərin və sənədlərin əsaslı şəkildə elektronlaşdırıldığını nəzərə alsaq, 20 iş günü kifayət qədər uzun müddətdir. 20 iş günü təxminən bir ay deməkdir. Ona görə bu müddətə baxılıb azaldılmasına ehtiyac var.
Həmçinin, xarici ticarət iştirakçısının borcu onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət ediləcək. Layihə borc məbləğlərində minimum hədlər müəyyənləşdirmir. Burada xüsusi meyara ehtiyac var və minimum əmək haqqı məbləği ilə əlaqələndirilə bilər. Məsələn, min manat borcu olan vətəndaşın ölkədən çıxışını məhdudlaşdırmağa nə ehtiyac var?"



Gömrük postunda keçid dayandırıldı- DİQQƏT
Əli Əsədov bu məsələ il ə bağlı qərar imzaladı
Bu gömrük işçilərinə xüsusi rütbələr verilməyəcək
Azərbaycanda bu rüsum ləğv edilir
Dövlət Suverenliyi Günü iş olacaq?
DGK əməkdaşlarına yeni rütbələr verilib
Azərbaycanda bu qaydalar dəyişdi
Komitə məlumat yaydı: Bunu sifarişlə yazdırıblar
Gömrükdəki yeni qaydalar kimlərə şamil olacaq?
Qanun dəyişdi: 20 min manata qədər...
Prezidentdən gömrüklə bağlı təklif
Xarici valyutanın ölkədən çıxarılmasının qarşısı alınıb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 