Parlamentin bu gün keçirilən plenar iclasında “2017- ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. ONN media bildirir ki, qanun layihəsi barədə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.
O qeyd edib ki, Milli Məclis dövlət büdcəsinə və bütövlükdə büdcə zərfinə daxil olan qanunların icrasına nəzarət edən bir qurumdur: “Parlament hər zaman mütəmadi olaraq dövlət büdcəsinin icrası ilə bağlı məsələləri müzakirələrə çıxarır. Bu gün dünyada qlobal risklər artır, konfliktlərin sayı azalmaq əvəzinə, çoxalır. Amma bunların müqabilində Azərbaycan dinamik və sürətli inkişaf yolu ilə irəliləyir. 2017- ci ildə dövlət büdcəsinin icrası zamanı kəsir müşahidə olunub. Ancaq bu da obyektiv səbəblərlə bağlıdır.Yəni kəsir də fiziki şəxslərin gəlir vergilərindən yaranıb. Büdcəyə Dövlət Neft Fondundan transfertlərin həcmində azalma var”.
Z. Səmədzadə həmçinin qeyd edib ki, bir sıra müəssisələrin əlavə dəyər vergisindən (ƏDV) azad olunması ilə bağlı araşdırımalar aparılmalıdır: “Bilinməlidir ki, bu azad olunmalar iqtisadi artıma necə təsir edib. Onların obyektiv qiymətləndirilməsini aparmalıyıq. Çünki yalnız bundan sonra Milli Məclis hökumət qarşısında müəyyən problemlərin həlli ilə bağlı məsələ qaldıra bilər”.



Milli Məclis dövlət büdcəsinin icrasını müzakirə edir
MM-də dövlət büdcəsi zərfinin müzakirəsi başlayır
Gələn ilin büdcəsi II oxunuşda qəbul edildi
Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
2022-ci ilin dövlət büdcəsinə dəyişiklik təsdiqləndi
Milli Məclisin növbəti iclası keçirilir
Yaşayış minimumu 11% artırılır
Milli Məclisdə büdcə müzakirələri bu gün də davam edəcək
"Standartlaşdırma haqqında" qanun dəyişdirilir
Azərbaycanda bəzi səhiyyə xərcləri artırılacaq?
Milli Məclisdə xeyli qanun layihəsi yarımçıq qalıb – SİYAHI
İqtisadiyyat nazirindən sahibkarlara ŞAD XƏBƏR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 