ONN media xəbər verir ki, 2018-ci ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,8 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,8 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,3 faiz bahalaşıb.
Cari ilin iyul ayında iyun ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,6 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,5 faiz ucuzlaşıb, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1 faiz bahalaşıb.
Ay ərzində yumru düyünün, manna və qarabaşaq yarmasının, makaronun, qoyun ətinin, pasterizə olunmamış üzlü südün, bananın, almanın, armudun, alçanın, gavalının, əriyin, şaftalının, pomidorun, xiyarın, badımcanın, bibərin, göy lobyanın, kələmin, çuğundurun, sarımsağın, soğanın, kartofun qiymətlərində ucuzlaşma, uzun düyünün, mal və toyuq ətinin, yumurtanın, kərə və bitki yağlarının, şəkər və şəkər tozunun, qara və yaşıl çayın, limonun, albalının, gilasın, qarpızın, yemişin, çiyələyin, göyərtinin, yerkökünün qiymətlərində isə bahalaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
İyul ayında iyun ayı ilə müqayisədə qeyri-ərzaq mallarından parçaların, inşaat materiallarının, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin, şüşə məmulatları, yemək qabları və əşyalarının, məişət cihazlarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin, zərgərlik məmulatlarının qiymətlərində bahalaşma, fotoaparatların, telefon aparatlarının və elektrik fenlərinin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
İyul ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilən ödənişli xidmətlərdən dəmiryol nəqliyyatı ilə ölkədaxili və beynəlxalq sərnişindaşıma xidmətlərinin, MDB ölkələri istisna olmaqla digər ölkələrə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin, ödənişli ali təhsil haqlarının, mebel, ev əşyaları və döşəmə örtüklərinin, ayaqqabıların təmiri xidmətlərinin qiymətlərində bahalaşma, MDB ölkələrinə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin, mənzillərin kirayə haqlarının qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.



Ölkədə istehlak məhsulları və xidmətlərin — QİYMƏTLƏRİ DƏYİŞDİ
Ucuzlaşan və bahalaşan istehlak məhsulları hansılardır? - SİYAHI
Azərbaycanda bu ərzaqların qiyməti bahalaşdı
Azərbaycanda hansı məhsullar bahalaşıb? - SİYAHI
Bu məhsullar və xidmətlər BAHALAŞDI- SİYAHI
Hansı məhsullar daha çox bahalaşıb?
Ərzaqların qiyməti BAHALAŞIB
Bu məhsullar bahalaşdı
Azərbaycanda illik inflyasiya açıqlandı
Ucuzlaşan və bahalaşan məhsulların - Siyahısı
Ölkədə bu məhsulların QİYMƏTLƏRİ ucuzlaşdı - SİYAHI
Ərzaq məhsullarının qiymətləri bahalaşıb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 