"Azərbaycan Hava Yolları" (AZAL) cari ilin 2 aprel tarixindən etibarən Bakı-Almatı-Bakı marşrutu üzrə müntəzəm uçuşlara başlayacaq.
"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən ONN media-ya verilən məlumata görə, AZAL-ın reysləri həftədə iki dəfə çərşənbə axşamı və şənbə günləri, ekonom sinif, komfort-klub və biznes sinif konfiqurasiyalı Airbus A319 tipli təyyarə ilə həyata keçiriləcək.
Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalından həyata keçiriləcək.
Almatı Qazaxıstanın "cənub paytaxtı" adlanır. Şəhər cənub paytaxtının bir növ "vizit kartı" olan inanılmaz gözəl qarlı dağlar - Alatau dağları platosunda yerləşir. Eyni zamanda şəhərin özü geniş yaşıllıqlardan ibarətdir. Almatı gözəl istirahət və əyləncə üçün zəruri olan hər şeyə malikdir.
Biletləri AZAL-ın kassalarında, aviaşirkətin rəsmi agentliklərində və www.azal.az saytında təxsis etmək və əldə etmək mümkündür. Balların avtomatik hesablanması məqsədilə, aviabilet alarkən müvafiq qrafada AZAL Miles proqramında iştirakçı nömrənizi qeyd etməlisiniz.
AZAL Miles bonus proqramı barədə ətraflı məlumat aviaşirkətin www.miles.azal.az saytında təqdim edilmişdir. Proqram iştirakçısı olmayan şəxslərə http://ffj2.loyaltyplus.aero/j2loyalty/register.jsf?lang=az keçidi vasitəsilə qeydiyyatdan keçməyi təklif edirik.
Aviabiletlərin alınması ilə əlaqədar və ətraflı məlumat üçün aşağıdakı telefon nömrələri ilə müraciət edilməlidir:
(+99412) 598-88-80 (Azərbaycandan zənglər üçün qısa nömrə: *8880)
Elektron poçt: [email protected]
WhatsApp: (+99450) 437-40-82 (yalnız yazılı müraciətlər üçün, bu nömrəyə zənglər qəbul edilmir)
AZAL Miles bonus proqramına dair sualları [email protected] ünvanına, yaxud www.azal.az saytında doldurulan əlaqə forması vasitəsilə göndərə bilərsiniz.



AZAL Almatıya reyslərini ləğv etdi
AZAL-dan daha bir ŞAD XƏBƏR
AZAL Cenevrəyə reysləri bərpa edir
AZAL Bakı-Tbilisi-Bakı marşrutu üzrə uçuşları bərpa edir
Bu ölkələrə getmək istəyənlərin NƏZƏRİNƏ
Barselonaya getmək istəyənlərin NƏZƏRİNƏ
AZAL-dan daha bir YENİLİK
Sofiyaya getmək istəyənlərə ŞAD XƏBƏR
AZAL Naxçıvandan Gəncəyə uçuşlara başlayır
AZAL bu istiqamətdə uçuşlara başladı
Bakıdan Ciddə istiqamətində müntəzəm reyslərə aviabiletlər satışa buraxılıb
AZAL bu sərnişinlərə müraciət etdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 