Ötən gün Azərbaycanın Avstraliyadakı səfirliyinə də şübhəli bağlama göndərilib. Artıq həmin bağlama hüquq-mühafizə orqanlarına təhvil verilib.
ONN media AzərTac-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Avstraliyadakı müvəqqəti işlər vəkili Elcan Həbibzadə məlumat verib.
E.Həbibzadə qeyd edib ki, şübhəli bağlama yanvarın 9-da səfirliyə daxil olub. Onun üzərində göndərildiyi ünvan və şəxsin adının göstərilməməsi şübhə doğurub. Yanvarın 8-də Avstraliya Xarici İşlər və Ticarət Departamentindən daxil olan xəbərdarlıq nəzərə alınaraq, dərhal polislə əlaqə yaradılıb. Yanvarın 10-da səhər saatlarında səfirliyə gələn polis əməkdaşları bağlamanı təhvil alıblar.
Müvəqqəti işlər vəkili əlavə edib ki, hazırda səfirliyin fəaliyyəti üçün heç bir təhlükə yoxdur və diplomatik heyət işini müvafiq qaydada davam etdirir.
Xəbər verdiyimiz kimi, yanvarın 10-da Avstraliya Federal Polisi bu ölkədəki diplomatik missiyalara təhlükəli bağlamalar göndərən şəxsin həbsi barədə məlumat yayıb. Məlumatda qeyd edilir ki, Avstraliyanın cənub-şərqində yerləşən Şepparton şəhərində yaşayan 48 yaşlı kişi təhlükəli bağlamaların göndərilməsində şübhəli bilinərək həbs olunub. Hazırda bağlamaların tərkibi məhkəmə-tibb ekspertizası tərəfindən yoxlanılır.
Həmin şəxs yanvarın 10-da Melburnun magistr məhkəməsi qarşısında cavab verəcək. O, bir sıra ölkələrin Melburn, Kanberra və Sidneydə yerləşən səfirlik və konsulluqlarına 38 şühəli bağlama göndərib. Günahı təsdiq olunacağı təqdirdə bu şəxsi 10 ilədək azadlıqdan məhrum edilmə cəzası gözləyir.



FHN "20 Yanvar"ın keçidində əməliyyat keçirdi
Trampı tənqid etdi və...
Metrostansiyasının keçidində elə birşey aşkarlandı ki...
CNN-nin binasına yenə bomba göndərildi
Səfirliyimizə hücum edildi: XİN-dən açıqlama
Bakı bu ölkədəki diplomatlarını geri çağırıb? – RƏSMİ
Sabahdan havalar KƏSKİN DƏYİŞİR - Əhalinin NƏZƏRİNƏ!
DYP müraciət etdi- YOLLAR BUZ BAĞLAYACAQ
Ağ Evdə bomba HƏYƏCANI
İran səfirliyinə hücum olundu
Azərbaycandan Avstraliyaya etiraz NOTASI
Türkiyəyə nota verildi
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 