Xətai, Suraxanı və Sabunçu rayonlarında yeni fırıldaqçılar peyda olub.
ONN media Medicina.az-a istinadla xəbər verir ki, sözügedən rayon sakinlərinin verdiyi məlumata görə, bir neçə gənc əllərinə bir aparat götürərək binaların qarşısını gəzir. Onlar bloklara girərək guya "donuz qripi”nə qarşı dezinfeksiya apardıqlarını deyirlər. Həmin şəxslər qapıları döyərək dezinfeksiya etməyi təklif edir, bunun qarşılığında isə 2 manat pul istəyirlər.
Medicina.az-ın əməkdaşı məsələni dəqiqləşdirmək üçün Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə əlaqə saxlayıb. Qurumdan bildirilib ki, onlara belə bir tapşırıq verilməyib.
"Dezinfeksiya”nın aparıldığı rayonlardan biri - Suraxanı rayon Dezinfeksiya İdarəsindən də fakt təkzib olunub. İdarədən qeyd olunub ki, onlarda da belə "fırıldaq”la bağlı məlumat var: "Bizə belə bir göstəriş yoxdur. Biz də eşitmişik ki, bir neçə oğlan gəzir, bloklara nəsə fısqırdır və sakinlərdən onların da qapısını "dezinfeksiya” eləmək üçün pul alırlar. Verənlər də olur, verməyənlər də. Bizə göstəriş verilməyib. Hətta bizə göstəriş olsa da, binalarda dezinfeksiya etmirik. Biz bağça, məktəb, xəstəxana, iaşə obyektlərini – yəni kütləvi yerləri dezinfeksiya edirik. Kimdirsə, pul yığmaq məqsədilə edir. Çünki qapını və bloku "donuz qripi”nə qarşı dezinfeksiya etmək mənasızdır. Sakinlər gələn şəxslərdən şəxsiyyət vəsiqəsi, işlədiyi yerin vəsiqəsini istəsin”.
Sakinlərə belə halla rastlaşdıqda hüquq-mühafizə orqanlarına müraciət etmələri məsləhət görülür.



Bakıda icra hakimiyyəti dezinfeksiya üçün pul alır? - AÇIQLAMA
Kənd təsərrüfatı yükləri daşıyan vaqonlar da dezinfeksiya olunur - SƏBƏB?
Səhiyyə Nazirliyindən bu şəxslərə xəbərdarlıq
Bakı sakinlərinin diqqətinə- Sabah...
Azərbaycanda qatarlar dezinfeksiya olunur- SƏBƏB İSƏ...
Azərbaycanda "donuz qripi"nə yoluxan var?
Nazirlik rəsmisi: Adımızdan istifadə edən fırıldaqçılar saxlanıldı
Bu gün Bakıda 550 küçə dezinfeksiya edildi
İndiyədək nə qədər məktəb dezinfeksiya olunub?- RƏSMİ
Gürcüstanda azərbaycanlılar “donuz qripi”nə TUTULDU
Dezinfeksiya adıyla pul yığan “nazirlik işçisi” saxlanıldı
Azərbaycanda “donuz qripi”nə qarşı xüsusi tədbirlər görülür
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 