Bu günə qədər "Azərpoçt" MMC-nin filial və şöbələrində 1132 itirilmiş sənəd qəbul olunub. ONN media MMC-yə istinadən xəbər verir ki, sahibinə çatdırılan sənədlərin sayı 358, aidiyyəti üzrə qurumlara təhvil verilən sənədlərin sayı isə 764-dür. Hazırda poçt filialları və şöbələrində 10 sənəd sahibini gözləyir. Sənədini itirmiş şəxs “Poçtap” xidmətinin internet səhifəsindən - http://www.pochtap.az, “169” saylı telefon mərkəzindən və ya istənilən poçt şöbəsindən sənədinin tapılıb-tapılmamasını öyrənə və tapılmadığı təqdirdə itirilən sənədlə bağlı elan yerləşdirə bilər. Belə ki, http://www.pochtap.az internet səhifəsində “Sənədimi itirmişəm” bölməsini seçməklə müvafiq xanalara zəruri məlumatları daxil edərək itirilən sənəd barədə elan yerləşdirmək mümkündür. Bundan başqa, itirilən sənədlə bağlı “Poçtap” xidmətinin bazasında məlumatın olması, sənədin hazırkı statusu, hansı poçt filial və şöbəsində olması, saxlama müddəti ilə bağlı məlumat almaq üçün “Axtar” bölməsinə müvafiq məlumatları daxil edərək axtarış etmək mümkündür. Əgər itirilmiş sənəd tapılıbsa və sistemdə görünürsə, dövlət rüsumunu ödədikdən sonra vətəndaş “169” Çağrı mərkəzinə zəng edərək tapılmış sənədi ona yaxın poçt məntəqəsinə yönləndirə bilər. Sonda vətəndaş yönləndirdiyi poçt məntəqəsindən gedib sənədini götürə bilər. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC “Poçtap” layihəsi çərçivəsində Bakı Şəhər Baş Polis İdarəsi, "Bakı Metropoliteni" QSC, "Təmiz Şəhər" ASC və “BakuBus” MMC ilə əməkdaşlıq edir. İmzalanan memoranduma əsasən, adıçəkilən qurumlar “Poçtap” xidmətini dəstəkləmək, daim əlaqəli işləmək, əməkdaşlar tərəfindən tapılan sənədləri poçt inkassasiyasına təhvil vermək, eləcə də vətəndaşları “Poçtap” xidməti barədə məlumatlandırmaq üzrə öhdəliklər götürüblər. Hazırda "Poçtap" çərçivəsində birgə əməkdaşlıq üçün yeni qurumlarla danışıqlar aparılır. Qeyd edək ki, "Poçtap" xidməti çərçivəsində sənədi tapılan şəxslər xidmət haqqı ödəyərək, sənədi poçt şöbələrindən və "Şəbəkə" xidmət mərkəzlərindən təhvil ala və ya telefon mərkəzinə müraciət edərək özünə yaxın poçt şöbəsinə çatdırılmasını sifariş edə bilər. “Poçtap” xidməti çərçivəsində sənədi tapılan şəxslər 1 manat 80 qəpik xidmət haqqı ödəyərək onu təhvil ala bilər. Sənədin poçt müəssisələrində saxlanılma müddəti 30 gündür. Sənədin hər hansı ünvana çatdırılması lazım gəldikdə çatdırılma rüsumu "Azərekspresspoçt"un xidmət tariflərinə uyğun hesablanır.
Sənədlərini itirənlər MÜTLƏQ OXUSUN



Sənəd itirənlərin NƏZƏRİNƏ! - 32 sənəd sahibini gözləyir
Sənədlərini itirənlərin NƏZƏRİNƏ!
İtən sənədləri necə tapmaq olar?
Azərbaycanda nə qədər itmiş sənəd tapılaraq təhvil verilib?
Sənəd itirənlərin NƏZƏRİNƏ
Sənədlərini itirənlərin NƏZƏRİNƏ!
Sənədini itirənlər üçün XƏBƏR
“BakuBus” avtobuslarından elə əşyalar tapıldı ki...
Bakıda daha bir poçt şöbəsi istifadəyə verildi
"Azərpoçt" bayram günlərində işləyəcək?
Bayram günlərində bu poçt şöbələri işləyəcək
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı 