Yanvarın 10-da Naxçıvan şəhərindəki avtovağzal kompleksindən Naxçıvan-Bakı-Naxçıvan istiqaməti üzrə gecə reysi fəaliyyətə başlayıb. ONN media xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin sektor müdiri Natiq Həsənov AzərTAc-a bildirib ki, muxtar respublika sakinlərinin paytaxt Bakı şəhəri ilə əlaqəsinin daha da genişləndirilməsi və vaxt itkisinin azaldılması məqsədilə Naxçıvan-Bakı-Naxçıvan marşrutunda gecə reysi istifadəyə verilib. Avtobuslar hər gün saat 19:30-da Naxçıvandan yola düşüb, səhər saat 9:00-da Bakıya çatacaq. Bakıdan isə avtobus saat 21:00-da yola çıxacaq və növbəti gün səhər saat 10:00-da Naxçıvan şəhərinə çatacaq. Biletin bir istiqamət üzrə qiyməti 25 manat təşkil edir. Beş yaşınadək uşaqlar üçün gediş haqqı pulsuzdur. Beş yaşından 10 yaşınadək olan uşaqlar üçün isə biletin qiymətinin 50 faizi ödənilir. Biletləri muxtar respublikanın bütün avtovağzallarındakı kassalardan əldə etmək mümkündür. Bu gün Bakı şəhərinə ilk reyslə 10 sərnişin yola salınır. Sərnişinlərin rahatlığı üçün müasir standartlara cavab verən geniş salonlu və rahat oturacaqlı avtobuslar xəttə buraxılıb. Eyni zamanda, sərnişinlərin yolboyu çay və kofe ilə təmin olunması nəzərdə tutulub. Yanvarın 11-də Bakı şəhərindən də ilk avtobus Naxçıvana yola salınacaq.
Naxçıvandan Bakıya gecə reysləri fəaliyyətə başladı



Bakı-Naxçıvan-Bakı istiqaməti üzrə gecə reysi həyata keçiriləcək
Bakıdan Naxçıvana getmək istəyənlərə ŞAD XƏBƏR
Bakı-Batumi avtobus reysinin qiyməti AÇIQLANDI
Bu reyslər istifadəyə verildi - QİYMƏT
Naxçıvan-Bakı avtobus marşrutunun fəaliyyəti bərpa edilir
Bu gün bütün gözlər Naxçıvandadır
Bakı-Naxçıvan avtobuslarının bilet qiymətləri və səfər tarixləri
Azərbaycanda yeni nazirlik yaradıldı
Naxçıvandan Bakıya uçan təyyarədə problem yarandı
Naxçıvan-Gəncə-Naxçıvan reysi fəaliyyətə başladı
Baş nazir bu liseylə bağlı qərar qəbul edib
Naxçıvan Muxtar Respublikasının yaradılmasından 95 il ötür
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 