Bakı-Yalta-Bakı və Bakı-Samara-Bakı reysləri yenidən istifadəyə verilib. Bakı Beynəlxalq Avtovağzalından ONN media -ya verilən məlumata görə, Bakı-Yalta reysi hər həftənin bazar ertəsi günü yerli vaxtla saat 11:00-da, Yalta-Bakı istiqaməti üzrə reys isə şənbə günü saat 15:00-da hərəkət edəcək. Bu reys Kerç, Feodosiya və Simferopol şəhərlərindən keçərək Yaltaya gedəcək. Biletin bir istiqamət üzrə qiyməti 100 manat təşkil edir. Bakı-Samara reysi həftənin cümə günü yerli vaxtla saat 11:00-da, Samara-Bakı istiqaməti üzrə reys isə cümə axşamı saat 12:00-da yola düşəcək. Bu reys üzrə hərəkət edən avtobus Volqoqrad, Saratov və Balakov şəhərlərini keçməklə Samaraya gedəcək. Biletin bir istiqamət üzrə qiyməti 90 manatdır. Sərnişinlər biletləri əvvəlcədən Bakı Beynəlxalq Avtovağzalının satış kassalarından və “avtovagzal.az” və ya “bbak.az” saytına daxil olaraq, onlayn qaydada əldə edə bilərlər. 5 yaşınadək uşaqlar üçün gedişhaqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur. 5 yaşından 10 yaşınadək uşaqlar üçün isə (sənəd təqdim edilməklə) biletin qiymətinin 50 faizi ödənilir. Sərnişinlərin istəyinə uyğun olaraq, 5 yaşınadək uşaqlar üçün də bileti yarı qiymətinə əldə etmək mümkündür. Tezliklə Bakı-Batumi və Bakı-Kislovodsk reysləri haqqında məlumat veriləcək.
Bu reyslər istifadəyə verildi - QİYMƏT



Bakı-Batumi avtobus reysinin qiyməti AÇIQLANDI
Bakı-Naxçıvan-Bakı istiqaməti üzrə gecə reysi həyata keçiriləcək
Bakıdan Naxçıvana getmək istəyənlərə ŞAD XƏBƏR
Naxçıvandan Bakıya gecə reysləri fəaliyyətə başladı
Sankt-Peterburqdan Bakıya yeni reys açılır
Gəncəyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin edildi
Şuşaya gedən avtobuslara bu qədər bilet satıldı
Bu avtobusların hərəkət cədvəli dəyişdi - DİQQƏT
Bakı-Şarm əl Şeyx-Bakı birbaşa çarter reysi açıldı
Bu sayt 1 gün işləməyəcək
Moskva aeroportlarında 30-dan çox reys TƏXİRƏ SALINDI
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 