Ötən gün prezident İlham Əliyev “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb.
ONN media xəbər verir ki, fərmana əsasən Bakı şəhərində, habelə “ASAN xidmət” mərkəzlərinin yerləşdiyi Azərbaycanın digər inzibati ərazi vahidlərində “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Prezidentin 2012-ci il 5 sentyabr tarixli Fərmanının 5-ci hissəsində nəzərdə tutulan dövlət xidmətləri yalnız “ASAN xidmət” mərkəzlərində həyata keçiriləcək.
Sözügedən fərmanda siyahıda qeyd olunan xidmət sahələrinin ən diqqətçəkəni notariat fəaliyyəti ilə bağlıdır. Bu fəaliyyət də “Asan Xidmət”ə verilir.
Ötən gündən etibarən sosial şəbəkələrdə də müzakirə edilən əsas məsələ isə ölkədə fəaliyyət göstərən notariat kontorlarının ləğvi ilə bağlıdır.
Məsələni aydınlaşdırmaq üçün “Qafqazinfo” Ədliyyə Nazirliyinə müraciət edib.
Bildirilib ki, fərmanda da qeyd olunduğu kimi, bu xidmətlər Bakı şəhəri və “Asan Xidmət” mərkəzlərinin yerləşdiyi Azərbaycanın digər inzibati ərazi vahidlərində tətbiq ediləcək. Bu da o deməkdir ki, məsələn, Kürdəmir rayonunda “Asan Xidmət”yoxdursa, orada notariat kontorlarının fəaliyyəti davam edəcək.
Bakıda bütün notariat kontorlarının fəaliyyətinin hamısının necə tənzimlənəcəyi məsələsi isə bu günlərdə dəqiq müəyyənləşəcək.
Bu arada bildirək ki, Bakı şəhərində 5 “Asan Xidmət”mərkəzi fəaliyyət göstərir. Onlar 1,2,3,4,5 saylı mərkəzlərdir.
Regionlarda isə ümumilikdə 10 “Asan Xidmət” mərkəzi var. Bunlar Sumqayıt, Gəncə, Bərdə, Sabirabad, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəkidə yerləşir.
Mövzu ilə bağlı danışan parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Fəzail Ağamalı qeyd edib ki, bu xidmət Ədliyyə Nazirliyinin sistemində fəaliyyət göstərir: “Əhali əsasən mənzil və digər problemlərini həll etmək üçün notariuslara müraciət edir. Deməzdim ki, notariatlarda bu və ya digər xarakterli problemlərlə üzləşirlər. Çünki bunun təkmilləşməsinə ehtiyac var. Bu xidmətlərin də “Asan Xidmət”ə verilməsi yaxşı haldır. Çünki bu da xidmətin bir formasıdır”.
Qeyd edək ki, Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələlərlə bağlı təkliflərini 3 ay müddətinə Prezidentə təqdim etmək tapşırığı verilib. (Qafqazinfo)



Yeni agentlik yaradılır - FƏRMAN
Prezident ASAN Xidmətlə bağlı fərman imzaladı
Bu 5 rayonda “ASAN xidmət” mərkəzi istifadəyə veriləcək
"Asan Xidmət" işçilərinin sayı artırıldı
“ASAN xidmət”ə yeni səlahiyyət verildi
Bu xidmətləri yalnız “ASAN” göstərəcək - SİYAHI
"ASAN xidmət" mərkəzlərində dezinfeksiya işləri aparıldı
Bu qurum "Asan Xidmət" dən alındı
Gəncə sakinlərinə ŞAD XƏBƏR
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
Azərbaycanda beş yeni “ASAN xidmət” mərkəzi açılacaq
İlham Əliyev “ASAN xidmət”ə 20 milyon manat ayırdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 