Xarici İşlər Nazirliyində 20 Yanvar faciəsinin növbəti ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Nazirlikdən ONN media -ya verilən məlumata görə, anım tədbirində ilk öncə qanlı 20 Yanvar hadisələri zamanı həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Azərbaycan xalqının azadlıq, müstəqillik və ərazi bütövlüyü mübarizəsi tarixinin şanlı səhifəsi olan 20 yanvar faciəsinin səbəb və nəticələri haqqında məlumat verib. O bildirib ki, 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə sovet silahlı qüvvələri heç bir xəbərdarlıq etmədən Bakıya yeridilib. İmperiya ordusu həmin gecə dinc əhaliyə tank, pulemyot, avtomat və digər silahlardan atəş açaraq yüzdən çox dinc sakini, o cümlədən qadınları və uşaqları xüsusi qəddarlıqla qətlə yetirib. L.Abdullayeva qeyd edib ki, sovet silahlı qüvvələrinin çoxsaylı kontingenti Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Keçmiş Sovet İmperiyası ordusu qarşısına silahsız, əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin qəhramanları olmuşlar. L.Abdullayeva bu faciəyə ilk siyasi qiymətin Ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini diqqətə çatdırıb. Eyni zamanda, o, 20 yanvar hadisələrinin indiyədək öz layiqli beynəlxalq hüquqi-siyasi qiymətini almadığını təəssüf hissi ilə qeyd edib. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılıb. Daha sonra Xarici İşlər Nazirliyinin ikinci avropa idarəsinin rəisi Eldar Səlimov çıxış edərək bildirib ki, 20 yanvar hadisələri faciəvi olsa da milli dövlətçiliyimizin bərpasında çox önəmli xarakter daşıyır. Həmin gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Azərbaycanın xarici siyasətinin əsas vəzifələrindən biri də 20 yanvar faciəsinin beynəlxalq aləmə çatdırılması, dünya informasiya məkanında bu faciənin əsl həqiqətlərinin üzə çıxarılmasıdır. O, qeyd edib ki, Azadlıq uğrunda mübarizə aparan 20 yanvar faciəsi qurbanlarının xatirəsi xalqımızın qəlbində yaşayır və daim yaşayacaq.
Xarici İşlər Nazirliyində 20 Yanvar faciəsi yad edildi



Energetika Nazirliyində 20 Yanvar faciəsinin 29-cu ildönümü anılıb
Türkiyədə 20 Yanvar faciəsinin qurbanları yad edildi
Şuşada 20 Yanvar faciəsinin ildönümü qeyd olundu - VİDEO
Dmanisidə Qanlı Yanvar faciəsinə həsr olunmuş anım mərasimi keçirilib
TÜRKPA 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar bəyanat yayıb
XİN Ermənistanın 20 Yanvar hadisələri əleyhinə təbliğatına cavab verdi
34 ildə ilk dəfə Xankəndidə 20 Yanvar şəhidlərinin xatirəsi anıldı
20 yanvar Şəhidləri Belqradda da anıldı
Azərbaycanda 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Ədliyyə Nazirliyində 20 Yanvar faciəsinin 30 -cu ildönümünə həsr olunmuş anma mərasimi keçirilib
Livan nəşri 20 yanvar faciəsindən yazdı
Ordumuzda 20 Yanvarla bağlı silsilə tədbirlər keçirildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 