ONN media xəbər verir ki, Mehman Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verilib. Bu barədə Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən insan hüquq və azadlıqlarına daim xüsusi önəm verilərək bu istiqamətdə ardıcıl və məqsədyönlü islahatlar aparılır.
Bir qrup hüquq müdafiəçisi, eləcə də Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Mehman Hüseynov onun barəsində aparılan istintaqın obyektivliyinin təmin edilməsi üçün dövlət başçısına müraciət edib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman olduğu kimi ədalət və humanizm prinsiplərini önə çəkərək həmin müraciətləri nəzərə alıb və cinayət işi üzrə araşdırmanın obyektiv aparılması, ədalətli və humanist qərar qəbul olunması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini Azərbaycan Baş prokuroruna tövsiyə edib.
Azərbaycan Prezidentinin tövsiyələrinə uyğun olaraq, Azərbaycan Baş prokuroru tərəfindən istintaq orqanına M.Hüseynovun barəsində hazırda istintaq olunan cinayət işi üzrə müvafiq tapşırıqlar verilib.
İstintaq orqanı tərəfindən M.Hüseynovun gənc olduğu, cəza çəkdiyi müddətdə intizam məsuliyyətinə cəlb edilmədiyi, islah olunma yoluna qədəm qoyduğu, ailəsində qayğıya ehtiyacı olan yaşlı və tək yaşayan atasının olduğu, törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmaqla, hazırda onun əməlinin və şəxsiyyətinin cəmiyyət üçün təhlükəli olmadığı nəzərə alınaraq, M.Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verilib.
M.Hüseynov hazırda hər hansı aclıq aksiyası keçirmir, saxlanma şəraiti normal olmaqla, bununla bağlı şikayət və tələbi yoxdur.
Azərbaycan Baş Prokurorluğu şəxsi mənafe və siyasi məqsədləri naminə M.Hüseynovun ətrafında süni ajiotaj yaratmağa cəhd edənlərə, eyni zamanda M.Hüseynov haqqında həqiqətəuyğun olmayan məlumatlar yayan kütləvi informasiya vasitələrinin redaksiyalarına xəbərdarlıq edərək bildirir ki, ölkəmizdə bərqərar olmuş sabitliyin və əmin-amanlığın pozulmasına yönələn istənilən qanunazidd hərəkətlərin qarşısı qanunun aliliyi təmin edilməklə qətiyyətlə alınacaq



Mehman Hüseynov AZADLIQDA
Əli Abdalov Mehman Hüseynovla barışdı - VİDEO
Ölkə başçısı Mehman Hüseynovla bağlı TAPŞIRIQ VERDİ
Mehman Hüseynov nə vaxt azadlığa çıxacaq?
Mehman Hüseynov Prezidentə müraciət etdiyini təsdiqlədi
Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
DİN-dən Mehman Hüseynovun saxlanılması ilə bağlı AÇIQLAMA
Deputat: “Prezidentin qərarı qələbə sayılmalıdır”
Cəzaçəkmə müəssisəsində insident baş verib?- RƏSMİ
Mehman Hüseynovun azad olunacağı DƏQİQ TARİX açıqlandı
Mehman Hüseynovla bağlı XƏBƏR VAR
Prokurorluqdan Mehman Hüseynova cavab
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 