Həbsdə olan bloqqer Mehman Hüseynov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb. ONN media xəbər verir ki, yanvarın 20-də imzalanmış müraciətdə deyilir: “Hörmətli cənab Prezident, Mən - Mehman Hüseynov 2 ilə yaxındır cəza çəkirəm. Bu müddət ərzində cəzaçəkmə müəssəsinin əməkdaşları ilə aramda hər hansı xoşagəlməz hadisə olmayıb. Həmişə çalışmışam rejimə əməl edim. Lakin keçən il 26 dekabrda cəza çəkdiyim müəssisədə insident baş verdi və bu hadisəyə görə mən günahlandırılmışam. Hadisə barədə geniş yazıb vaxtınızı almaq istəməzdim. Sadəcə, onu demək istəyirəm ki, baş vermiş hadisədə mənim günahım yoxdur. Mən həbsxana əməkdaşını vurmamışam. 2 mart tarixində mənim cəzamın vaxtı bitir. Mən bu tarixi çox gözləmişəm. Təzədən məhkum olunmaq, yeni cəza almaq istəmirəm. Mən əvvəllər də dediyim kimi kiminsə hərəkətinə görə məsuliyyət daşımıram. Amma kiminsə mənim vəziyyətimdən özü üçün istifadə etməsini də istəmirəm. Məni yalnız bir şey maraqlandırır. Azadlığa çıxmaq. Mənə yeni cəza verilsə, bu, tək qalmış 70 yaşlı atam üçün də böyük zərbə olacaq. Onun üçün məni bu vəziyyətdə görmək, tez-tez gəlib mənə baş çəkmək çox çətindir. Sizdən xahiş edirəm araşdırmanın düzgün aparılmasına göstəriş verəsiniz. Sizin müdaxiləniz olsa, əminəm ki, mənim işim üzrə qərar ədalətli olacaq”.(Report)
Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb



Mehman Hüseynovun azad olunacağı DƏQİQ TARİX açıqlandı
Ölkə başçısı Mehman Hüseynovla bağlı TAPŞIRIQ VERDİ
Mehman Hüseynov Prezidentə müraciət etdiyini təsdiqlədi
Mehman Hüseynovla bağlı YENİ XƏBƏR
DİN-dən Mehman Hüseynovun saxlanılması ilə bağlı AÇIQLAMA
Mehman Hüseynov AZADLIQDA
Əli Abdalov Mehman Hüseynovla barışdı - VİDEO
Mehman Hüseynovun müalicəsi üçün bir günə toplanılan ianə - AÇIQLANDI
Mehman Hüseynov nə vaxt azadlığa çıxacaq?
Elinanın anası İlham Əliyevə müraciət etdi
Prokurorluqdan Mehman Hüseynova cavab
Mehman Hüseynovdan bələdiyyə seçkiləri ilə bağlı ŞOK ADDIM: namizədliyini verdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 