Sumqayıtda 2 ədəd top mərmisi tapılıb.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) ONN media -ya bildirilib ki, bu gün Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən agentliyə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində 2 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
Məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və DİN-in Sumqayıt şəhər Polis idarəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Sumqayıt şəhər Polis idarəsinin əməkdaşları tərəfindən birlikdə K.Kərimov küçəsinə baxış keçirilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd top mərmisi (1 ədəd 100 mm-lik OF-412 və 1 ədəd 125 mm-lik OF-26) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Top mərmilərinin ətrafında 3,000 kv.m əraziyə yerüstü, 2,000 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Sumqayıtda təhlükəli tapıntı aşkar edildi



Sumqayıt şəhərində təhlükəli tapıntı
Xətai rayonunda təhlükəli tapıntı aşkar edildi
Bərdədə top mərmisi tapıldı
Goranboyda mina tapılıb
Mingəçevirdə top mərmisi aşkarlandı
Nardarandakı qəbirstanlıqdan tapılanlar ŞOKA YARATDI
Abşeronda aviabomba tapılıb
Göygöldə top mərmisi tapılıb
Gəncədə təhlükəli tapıntı aşkar edildi
Gəncədə təhlükəli tapıntı
Xətaidə əl qumbarası aşkar edildi
Coratda təhlükəli tapıntı aşkar edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 