ONN media xəbər verir ki, ötən gün bəzi kütləvi informasiya vasitələrində son dövrlər gömrük sistemində aparılan şəffaflığın təmin olunması və korrupsiya hallarına qarşı mübarizə tədbirləri ilə bağlı yazılarda hər hansı fakta əsaslanmayan məlumatlar yayılıb.
Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, bu qəbildən olan yazılarda DGK-nin və onun rəhbərliyinin korrupsiya və rüşvətə qarşı atdığı addımlar alqışlansa da, komitənin strukturuna daxil olan Bakı Baş Gömrük İdarəsində və Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində bu sahədə neqativ halların hələ də mövcudluğundan bəhs olunur.
Əslində media nümayəndələrinin gömrükdə baş verən prosesləri, xüsusilə komitə rəhbərliyinin də dəfələrlə vurğuladığı kimi mənfi halları diqqətdə saxlaması müsbət haldır və gömrük-media əməkdaşlığının inkişafından xəbər verir. Lakin bu zaman yalnız konkret faktlara istinad edilməsi, ümumi işə və gömrük-media əməkdaşlığına fayda verə bilər.
Qeyd edək ki, yazıda konkret şəxslər, yüklər, bəyannamələr və ya gömrük araşdırması üçün hər hansı dəlil təşkil edəcək vasitə olmadığından, müəllifin özünün də ifadə etdiyi kimi bunları yalnız şayiə və ya kiminsə təxəyyülünün məhsulu adlandırmaq olar.
Üstəlik media qurumları və jurnalistlər istədikləri vaxt gömrük rəsmiləşdirilməsi və gömrük ödənişlərinin həyata keçirilməsi proseslərini əyani şəkildə müşahidə edə, deyilənlərin həqiqətən də şayiə olduğunu bariz şəkildə görə bilərlər.
DGK hər zaman gömrük-media əməkdaşlığına xüsusi önəm verir, bir daha kütləvi informasiya vasitələrinə və jurnalistlərə gömrük orqanlarının fəaliyyətinə dair yazıları hazırlayarkən konkret faktlara söykənməyi tövsiyə edir. Trend



SON DƏQİQƏ: Gömrük generalı saxlanıldı
Gömrük əməkdaşları həbs edilib? - RƏSMİ AÇIQLAMA
Komitə məlumat yaydı: Bunu sifarişlə yazdırıblar
Azərbaycanda daha bir şəxs vəzifədən uzaqlaşdırıldı
Komitə rüşvət iddialarına cavab verdi
Əli Əsədov bu məsələ il ə bağlı qərar imzaladı
Ölkəyə avtomobil gətirilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
DGK-da növbəti əməliyyat keçirilib- SAXLANILANLAR VAR
Gömrük Komitəsi ləğv olunur? – Qurumdan açıqlama
SON DƏQİQƏ: Gömrük Komitəsində əməliyyat keçirildi
Gömrük Komitəsindən əlil arabası ilə bağlı AÇIQLAMA
Azərbaycanda vəzifəli şəxs işdən AZAD EDİLDİ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 