Yerli mediada 3 il əvvəl birinci qrup əlil Tural Əliyevin adına göndərilən əlil arabasının sabiq Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun müraciəti ilə buraxılmasına baxmayaraq, dünən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının Tural Əliyevə zəng edərək 2 il ərzində əlil arabasının gömrük pulunu ödəməsinə dair məlumat yayılıb.
Dövlət Gömrük Komitəsi isə yayılan xəbərlə əlaqədar rəsmi açıqlama yayıb. Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən ONN media-ya verilən məlumata görə, xaricdən gətirilən əlil arabalarına görə ödəniləcək gömrük vergi və rüsumları ilə bağlı mövcud qanunvericilikdə hər hansı güzəşt nəzərdə tutulmayıb:
"Bir sıra kütləvi informasiya vasitələrində Azərbaycan Respublikası vətəndaşı, 1-ci qrup əlil Tural Əliyevdən 2016-cı ildə xaricdən sifariş etdiyi əlil arabasına görə gömrük orqanları tərəfindən 3 il sonra gömrük rüsumlarının tələb olunması barədə məlumat yayılıb. Dövlət Gömrük Komitəsi bildirir ki, xaricdən gətirilən əlil arabalarına görə ödəniləcək gömrük vergi və rüsumları ilə bağlı mövcud qanunvericilikdə hər hansı güzəşt nəzərdə tutulmayıb. Tural Əliyevin 2016-cı ildə gətirdiyi əlil arabası isə istisnai hal kimi gömrük rüsumu alınmadan rəsmiləşdirilib. Son dövrlərdə gömrük sahəsində maliyyə-vergi intizamının daha da gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində gömrük vergi və rüsumlarını ödəməyən şəxs və qurumlara yenidən müraciətlər olunur. Belə müraciətlərdən biri də Tural Əliyevə edilib".
Dövlət Gömrük Komitəsi bildirir ki, bu istiqamətdə hər hansı qanun pozuntusuna yol verilməyib. Belə ki, Gömrük Məcəlləsinin 249.1-ci maddəsinə əsasən, ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 (üç) il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur.
Konkret Tural Əliyevin gətirdiyi əlil arabası ilə bağlı fakt üzrə isə sənədləşmə yenidən nəzərdən keçirilib və məsələ Dövlət Gömrük Komitəsi rəhbərliyinin xüsusi tapşırığı ilə artıq birdəfəlik müsbət həllini tapıb.



Ölkəyə gətirilən avtomobillər üçün gömrük ödənişləri artdı? - RƏSMİ
Əli Əsədov bu məsələ il ə bağlı qərar imzaladı
DGK əməkdaşlarına yeni rütbələr verilib
Azərbaycanda vəzifəli şəxs işdən AZAD EDİLDİ
Azərbaycanda daha bir şəxs vəzifədən uzaqlaşdırıldı
Gömrük Komitəsi ləğv olunur? – Qurumdan açıqlama
Komitə məlumat yaydı: Bunu sifarişlə yazdırıblar
Gömrük işçiləri peşə bayramını qeyd edir
Fransadan Ermənistana göndərilən yardım ölkəyə buraxılmadı
Baş Gömrük İdarəsi ilə bağlı iddialara - Cavab
Gömrük əməkdaşları həbs edilib? - RƏSMİ AÇIQLAMA
Ölkəyə gətirilən quzu əti niyə bahadır?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 