Ötən gün baş verən zəlzələdən sonra avterşoklar olacaq.
ONN media xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmoloji şöbəsinin müdiri Tahir Məmmədli bildirib. Onun sözlərinə görə,
Bakıda yeraltı təkanları çox az insan hiss edib.
“Zəlzələ yerli vaxtla saat 23:31-də Pirquludan stansiyasından 11 km cənub-qərdbdə İsmayıllı ərazisində qeydə alınıb. Paytaxtda yeraltı təkanlar 2-3 bal gücündə hiss edilib.
Ən çox Şamaxıda hiss edilib və dağıntılara da səbəb olub. Hazırda da avterşoklar gedir. Amma düşünmürəm ki, dünənkindən güclü yeraltı təkan olsun”, - deyə Tahir Məmmədli bildirib.
Tahir Məmmədli deyir ki, Bakı və Abşeron yarımadası Xəzər dənizindən baş verən güclü zəlzələlərdən titrəyə bilər. "Xəzər dənizində çoxsaylı belə zəlzələ ocaqları var.
Onlardan ən yaxını Abşeron yarımadasından 50 kilometr cənubda yerləşir. O, zəlzələnin təsiri Bakı və Abşeron yarımadası üçün 12 ballıq şkala üzrə 8 bal gücündə ola bilər.
Digər ərazilərdən Şamaxı zəlzələsi də Bakıya təsir edə bilər. Lakin məsafə uzaq olduğu üçün Şamaxıdakı zəlzələ paytaxtda yalnız 5 bal gücündə hiss oluna bilər.
Bu o qədər təhlükəli deyil. Lakin Xəzər dənizində baş verə bilən zəlzələ Bakını və Abşeronu 8 bal gücündə titrədə bilər”, - deyə seysmoloq bildirib.
Tahir Məmmədli əhaliyə bacardıqları qədər diqqətli olmağı məsləhət görür. "Əgər zəlzələ baş vermiş ərazidə zədələnmiş binalar varsa, bu binalara girmək məqsədə uyğun deyil. Çünki həmin afterşoklar zədələnmiş binanı bir az da silkələyib dağıda bilər. Ona görə də zədələnmiş binada yaşamaq təhlükəlidir”.



Azərbaycanda növbəti GÜCLÜ ZƏLZƏLƏ qeydə alındı
Azərbaycanda zəlzələ BAŞ VERDİ
Azərbaycanda bu ZONALARDA güclü zəlzələlər ola bilər
Azərbaycanda zəlzələ olub
Azərbaycanda baş verən güclü zəlzələdən sonra marketin tavanı uçdu
Naxçıvan-Ermənistan sərhədində GÜCLÜ ZƏLZƏLƏ oldu
Xəzər dənizində zəlzələ oldu
Xəzər dənizində zəlzələ oldu
Azərbaycanda seysmik aktivlik davam edir- CƏDVƏL
Şamaxıda güclü zəlzələ oldu
Şamaxıda zəlzələ olub
SON DƏQİQƏ: Azərbaycanda zəlzələ BAŞ VERDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 