Bu ilin yanvar ayında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin yanvar ayına nisbətən 1,7%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0,7%, qeyri-ərzaq mallarının qiymətləri 1,2%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,4% bahalaşıb.
Dövlət Statistika Komitəsindən ONN media -ya verilən məlumata görə, bu ilin yanvar ayında 2018-ci ilin dekabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0,9%, qeyri-ərzaq mallarının qiymətləri 0,2% bahalaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,8% ucuzlaşıb.
Ötən ilin dekabr ayı ilə müqayisədə cari ilin yanvar ayında düyü, un, manna və qarabaşaq yarmasının, makaron məmulatları, qoyun və mal ətinin, suda bişmiş kolbasa, balıq məhsulları, süd məhsulları, kərə və bitki yağları, limon, naringi, banan, alma, armud, heyva, nar, kivi, qoz, fındıq, kələm, göyərti, xiyar, pomidor, bibər, badımcan, çuğundur, kartof, soğan, şəkər və şəkər tozu, energetik içkilər, spirtli içkilərin qiymətlərində bahalaşma, toyuq əti, yumurta, hisə verilmiş, yarım hisə verilmiş kolbasalar, portağal, şabalıd, yerkökünün qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Ay ərzində qeyri-ərzaq mallarından parçalar, geyim və ayaqqabılar, xalça və digər döşəmə örtükləri, mebel və ev əşyaları, minik avtomobilləri və onların ehtiyat hissələri, velosipedlər, paltaryuyan maşınları, soyuducular, televizorlar, planşet tipli kompüterlər, dəftərxana ləvazimatları, kərpic, nitro və sulu boyaların qiymətlərində bahalaşma, kəsilmiş taxta, sement, yağlı boyalar, mobil telefon və qaz plitələrinin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Bu ilin yanvar ayında ötən ilin dekabr ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən avtomobillərin təmiri, otel və mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətləri, ölkə daxilində istirahət turlarının qiymətləri bahalaşıb, dəmir yolu və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətləri isə ucuzlaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Azərbaycanda bu məhsullar bahalaşdı



Ölkədə istehlak məhsulları və xidmətlərin — QİYMƏTLƏRİ DƏYİŞDİ
Azərbaycanda hansı məhsullar ucuzlaşıb? — SİYAHI
Ucuzlaşan və bahalaşan istehlak məhsulları hansılardır? - SİYAHI
Azərbaycanda hansı məhsullar bahalaşıb? - SİYAHI
Azərbaycanda illik inflyasiya 4%-ə düşüb
Bu məhsullar və xidmətlər BAHALAŞDI- SİYAHI
Azərbaycanda illik inflyasiya açıqlandı
Bakıda ucuzlaşan və bahalaşan məhsulların SİYAHISI
Ölkədə bu ərzaqlar BAHALAŞDI - SİYAHI
Azərbaycanda bu ərzaqların qiyməti bahalaşdı
Ucuzlaşan və bahalaşan məhsulların - Siyahısı
Bu məhsullar bahalaşdı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 