Azərbaycanda 2018-ci ilin yanvar-noyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,3 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 2,7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,6 faiz artıb.
ONN media trend-ə istinadən bildirir ki, cari ilin noyabr ayında oktyabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,6 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,2 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1 faiz artıb.
Ay ərzində düyü, un, qoyun əti, kolbasa məmulatları, balıq məhsulları, süd məhsulları, pendir və yumurta, kərə, zeytun və qarğıdalı yağları, banan, armud, xiyar, pomidor, badımcan, göy lobya, soğan, kartof, qəhvə, çay və kakao, tütün məmulatları və spirtli içkilərin qiymətlərində artım, manna və qarabaşaq yarması, makaron məmulatları, limon, portağal, naringi, alma, heyva, nar, xurma, kivi, kələm, göyərti, çuğundur, yerkökü və sarımsağın qiymətlərində isə azalma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Ay ərzində qeyri-ərzaq mallarından geyim, ayaqqabılar, mebel və ev əşyaları, xalça və digər döşəmə örtükləri, minik avtomobilləri üçün ehtiyat hissələri, dəftərxana ləvazimatları, zərgərlik məmulatlarının qiymətlərində artım, kondisioner, mobil telefon, televizor, fotoaparatlar və planşet tipli kompüterlərin qiymətlərində isə azalma müşahidə olunub. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Noyabr ayında oktyabr ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən mənzillərin icarə haqqı, paltarların təmizlənməsi, təmiri və kirayəsi, ictimai iaşə və stomatoloji xidmətlərin qiymətləri artıb, ölkə daxilində istirahət turlarının, dəmir yolu və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətləri isə azalıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.



Azərbaycanda hansı məhsullar ucuzlaşıb? — SİYAHI
Hansı məhsullar bahalaşıb?
Azərbaycanda illik inflyasiya açıqlandı
Ölkədə istehlak məhsulları və xidmətlərin — QİYMƏTLƏRİ DƏYİŞDİ
Ucuzlaşan və bahalaşan istehlak məhsulları hansılardır? - SİYAHI
Azərbaycanda 5 ayda bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
Azərbaycanda bu ərzaqların qiyməti bahalaşdı
Ötən aydan bu məhsullar bahalaşıb
Azərbaycanda hansı məhsullar bahalaşıb? - SİYAHI
Azərbaycanda illik inflyasiya 4%-ə düşüb
Ərzaq məhsullarının qiymətində DƏYİŞİKLİK
Ərzaqların qiyməti BAHALAŞIB
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 