Yanvarın 29-da dünyasını dəyişən 18 yaşlı Nərdanə Şirvan qızı Tağızadənin leptospiroz infeksiyasına yoluxması təsdiqini tapmayıb. Bu barədə Virtualaz.org-a nazirliyin mətbuat katibi Pərviz Abubəkirov məlumat verib. Onun sözlərinə görə, gənc qızın leptospiroz infeksiyasından dünyasını dəyişməsi aparılan laborator müayinələrin nəticəsində öz təsdiqini tapmayıb. “Bu infeksiya haqqında məlumat daxil olan kimi Səhiyyə Nazirliyi məsələni xüsusi diqqət altına alıb. Dərhal mərhumun evində bütün lazımi müayinələr aparılıb”,-P.Abubəkirov qeyd edib. Xatırladaq ki, qızın anasına istinadən Nərdanənin leptospiroz virusuna yoluxma ehtimalı yazılıb. Leptospiroz çox nadir rast gəlinən bir xəstəlikdir. Bu infeksiya xəstə heyvanların ifrazatları ilə çirklənmiş ətraf mühit vasitəsilə yayılır və insandan insana keçmir. P.Abubəkirov qeyd edib ki, aparılmış epidemioloji araşdırmalar və laborator müayinələr nəticəsində xəstəlik təsdiqini tapmayıb. Ölümün əsas səbəbi mərhumun dünyasını dəyişdiyi tibb müəssisəsinin rəyində açıqlanıb. Belə ki, qızın dünyasını dəyişməsinə səbəb ağciyər və ürək çatışmazlığı olub. Xatırladaq ki, Nərdanə Tağızadə Bakı Dövlət Universitetinin tarix fakültəsinin tələbəsi olub.
BDU tələbəsinin ölüm səbəbi AÇIQLANDI



Səhiyyə Nazirliyi: “Tələbə qız leptospiroz infeksiyasından ölməyib”
600 bal toplayan tələbə qız hansı virusdan ölüb?
Daha bir ölkədə meymun çiçəyinə yoluxma qeydə alındı
Meymun çiçəyi təhlükəsi Gürcüstana çatdı
Bakıda ana və 7 uşağı qazdan zəhərləndi
Əxlaqsız videodakı qızı övladına bənzədən atadan DƏHŞƏTLİ ADDIM
Marketin 15 əməkdaşı kimyəvi maddədən zəhərləndi - Azərbaycanda
Məşhur telejurnalistə nazirlikdə vəzifə verildi
Yeni virusun yayılması ilə bağlı RƏSMİ MƏLUMAT
Qriplə bağlı Səhiyyə Nazirliyindən AÇIQLAMA
Bu heyvanların ovlanması qadağan edildi
Heyvanların peyvəndlənməsi işi davam etdirilir
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 