Bakıda birinci kurs tələbəsi olan qız dünyasını dəyişib.
ONN media xəbər verir ki, qızın anası İlhamə İgidova Baku.ws-ə bildirib ki, övladı virusa yoluxubmuş. Onun sözlərinə görə, 18 yaşlı qızı Nərdanə Şirvan qızı Tağızadə yanvarın 29-da vəfat edib.
Belə ki, qızın vəziyyəti yanvarın 25-də pisləşib və onu Respublika Klinik Xəstəxanasına, daha sonra “Bakı Medical Plaza”ya yerləşdiriblər. Həkimlərin səyinə baxmayaraq, Nərdanənin həyatını xilas etmək mümkün olmayıb.
Həkimlər qızın valideynlərinə deyiblər ki, Nərdanə Tağızadə leptospirosis virusuna tutulubmuş: “Əvvəlcə dedilər qız H1N1 virusuna tutulub. Sonradan dedilər ki, qıza heyvanlardan leptospiroz virusu keçib. Lakin ölüm kağızında rəsmi olaraq yazdılar ki, onun dünyasını dəyişməsinə səbəb ağciyər və ürək çatışmazlığıdır”.
İlhamə İgidova deyir ki, qızın ölümündən sonra evlərinə Epidemiologiya Mərkəzindən həkimlər gəlib və bildiriblər ki, Nərdanə Tağızadədən başqa, bu virusdan daha 5 nəfər vəfat edib: “Dedilər ki, araşdırmaq lazımdır ki, Nərdanə ilə həmin 5 nəfərin əlaqəsi olub, ya yox. Bu virus əsasən heyvanlardan insana keçir”.
Dünyasını dəyişən Nərdanə Tağızadə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə 600 balla daxil olub. Xəstələnəndən sonra bir müddət müalicə alıb və imtahanlarını verib.
Qeyd edək ki, mərhumun bu yaxınlarda nişan mərasimi baş tutacaqdı.



BDU tələbəsinin ölüm səbəbi AÇIQLANDI
Dərsdə vəfat edən qızın acı taleyi
“Baku Medical Plaza”nın etirafı - "Ölən qız..."
Xalq artisti vəfat etdi - FOTO
Xaçmazda ana və qızı dəm qazından zəhərləndi
Molla rejimi daha bir tələbənin ölümünə səbəb oldu
Ağciyər Xəstəlikləri İnstitutunda daha bir şəxs infeksiyadan öldü
Öldürülərək quyuya atılan 4 yaşlı qızın atası danışdı
İtkin düşən tələbə qız tapıldı - Sevgilisi ilə qaçıbmış
Qripdən ölənlərin sayı 18-ə çatıb
DİN-nin hospitalında burun əməliyyatından sonra ölən polis xanımın FOTOSU
Qızın uşaqlıq şəklindəki ruh hamını qorxuya saldı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 