"Azərbaycanda qrip virusu ilə bağlı vəziyyət sabitləşib".
ONN media xəbər verir ki, bunu report-a açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev bildirib.
Onun sözlərinə görə, Azərbaycanda adi qrip virusu yayılıb və insanların vahiməyə düşməsinə heç bir əsas yoxdur: "Ölkədə bu günə qədər qripdən ölüm faktı qeydə alınmayıb. İndiki qrip virusu aparılan müalicə tədbirlərinə tabe olur. Doğrudur, qrip virusu əleyhinə effektiv müalicə vasitəsi yoxdur. Amma, hər halda, həkim məsləhəti altında müalicənin aparılması müsbət nəticə verir. Xəstəlikdən insanlar həm özlərini, həm də ətrafdakıları qorumalıdırlar. Yüngül formada keçən xəstəlik ev şəraitində, ağır formada olan isə xəstəxana şəraitində müalicə olunmalıdır".
C.İsayev valideynləri uşaqlarının yalnız qrip deyil, digər respirator virus infeksiyalarına yoluxduğu halda, onları məktəbə buraxmamağa çağırıb: "Bu cür uşaqların dərsə getməsi həm özünün vəziyyətinin ağırlaşmasına, həm də digər uşaqların yoluxmasına səbəb ola bilər".
Qeyd edək ki, Tbilisidə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hepatit mövzusuna həsr olunmuş regional konsultativ görüşü keçirilir. Azərbaycanı tədbirdə ölkənin baş infeksionisti C.İsayev təmsil edir.



Azərbaycanda təhlükəli qrip var?
Qonşu ölkədə təhlükə davam edir - YENİ XƏBƏRDARLIQ
Azərbaycanda virusa yoluxan xəstələr varmı? - RƏSMİ
İnfeksionist XƏBƏRDARLIQ ETDİ: İndi qripə yoluxmaq...
Hamilə qadın qripdən ÖLDÜ
Azərbaycanda olan çinli uşaqlarda qrip aşkarlandı
Baş infeksionistdən xəbərdarlıq: Uşaqlarda temperatur və qusma hallarının SƏBƏBLƏRİ
Adi qrip koronavirusdan daha təhlükəlidir- AÇIQLAMA
Qriplə bağlı Səhiyyə Nazirliyindən AÇIQLAMA
Əhaliyə mühüm XƏBƏRDARLIQ
Baş infeksionist: "Xəstəlik Azərbaycana da keçə bilər"
Gürcüstanda yeni virus təhlükəsi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 