"Bildiyimiz kimi payız fəsli tənəffüs yolu infeksiyalarının aktivləşdiyi dönəmdir. Xüsusilə də, qrip virusunun yayılması ilə sıx qarşılaşırıq". ONN media xəbər verir ki, bunu açıqlamasında TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Aygül Əliyeva deyib. İnfeksionist bildirib ki, COVİD-19 infeksiyasından risk qrupunda olan insanlar eyni zamanda qrip virusu üçün də risk qrupundadır: "COVİD-19 infeksiyasının başlanğıcı da eyni qrip əlamətləri ilə, yəni, yüksək temperatur, quru öskürək və halsızlıq ilə başlayır. Qrip xəstəliyinin dünyada 2-5 milyon ciddi infeksiyaya və təqribən 290-650 min arasında ölümə səbəb olduğu təxmin edilməkdədir. Pandemiya dönəmində olduğumuz üçün COVİD-19 infeksiyası üçün risk qrupunda olan insanlar eyni zamanda qrip virusu üçün də risk qrupundadır. COVİD-19 infeksiyası zamanı qripə yoluxmaq vəziyyəti daha da ağırlaşdıra bilər. Bu baxımdan mövsümi qrip peyvəndinin vurulmasının vacibliyini söyləmək istəyirəm. Qrip peyvəndi ilə xəstəliyin qarşısının alınması və xəstəxana yükünün azaldılması mümkün olacaqdır. Yoluxma riskini azaltmaq üçün eyni zamanda mövcud qaydalara ciddi əməl edilməlidir. İnsanların sıx toplaşdığı məkanlara gedilməməli, qapalı məkanlarda maska taxılmalı, sosial məsafə saxlamaq və şəxsi gigiyena qaydalarına riayət edilməlidir".(milli.az)
İnfeksionist XƏBƏRDARLIQ ETDİ: İndi qripə yoluxmaq...



Qrip olan şəxs peyvənd vurdura bilər?
Vaksinlə bağlı əhaliyə çağırış
Qripə görə məktəblər bağlandı
Ölkədə qrip virusu ilə bağlı SON VƏZİYYƏT
Azərbaycanda vaksin ilk növbədə bu şəxslərə vurulacaq
Payız qripindən necə qorunmaq olar?
Koronavirusla qrip üst-üstə düşərsə, fəlakət olacaq – ALİMLƏR
Hamilə qadın qripdən ÖLDÜ
Baş infeksionist: "Xəstəlik Azərbaycana da keçə bilər"
Adi qrip koronavirusdan daha təhlükəlidir- AÇIQLAMA
TƏBİB-dən virusla bağlı ÜZÜCÜ XƏBƏR
Qonşu ölkədə təhlükə davam edir - YENİ XƏBƏRDARLIQ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 