Bakıda 20-25 fevral 2019-cu il tarixlərdə Muzey Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Aərbaycan Dövlət Rəsm Qalereyası, Azərbaycan Rəssamlar İttifaqının Gəncə filialı, Gəncə şəhər uşaq rəssamlıq məktəbinin dəstəyi ilə “Xəzinə” Gəncə rəssamlarının sərgisi keçiriləcək. Bəzi fərziyyələrə görə Gəncə sözü pəhləvi dilindən “xəzinə” kimi tərcümə edilir. Gəncə Azərbaycanın ən qədim şəhərlərindən olaraq, mədəni irsin xəzinəsi, zəngin təbiət resurslarının, yüksək dəyərlərin beşiyidir. Və, sərgidə Gəncə rəssamlarının öz prizmasından bu və ya digər dəyərlərə onların baxışı, münasibəti göstərilir. Muzey Mərkəzindən ONN media -ya verilən məlumata görə, layihənin məqsədi Azərbaycanın bədii ənənələri və mədəni irsinin dəstəklənməsi, gənc rəssamın bədii inkişafına və formalaşması üçün yaradıcı mühitin yaradılması; region rəssamlarının bədii yaradıcılığına geniş ictimai marağın cəlb olunması; estetik tərbiyə; geniş auditoriyaya regionun diqqətəlayiq dəyərlərini göstərmək; yetişməkdə olan nəsil tərəfindən incəsənətin mədəni dəyərlərinin qavranılmasıdır. Sərgidə Gəncə rəssamlarından Nazim Babayev, Faiq Abdullayev, Akif Hüseynov, Şaiq Məmmədov, gənc rəssamlar Elçin Cəfərov, Məhər Məhərrəmov, Təlatüm Məmmədov və digər rəssamların əsərləri təqdim olunur. Eyni zamanda, Gəncə Dövlət Rəsm Qalereyasının fondundan da bir neçə əsər ekspozisiyaya daxil edilmişdir. Sərginin kuratoru Məhbarə Abbasovadır. Sərgi 20-25 fevral 2019-cu il tarixdə açıq olacaqdır. Giriş sərbəstdir. Sərginin açılışı 20 fevral saat 18:00. Ünvan: Muzey Mərkəzi, Neftçilər pr., 49 Əlaqə tel.: (050) 684 24 92 (050) 759 56 06 E-mail: [email protected]
"Xəzinə" - Gəncə rəssamlarının sərgisi keçiriləcək



Mədəniyyət naziri Gəncə şəhərində olub
Qobustan qayaüstü təsvirləri Bakıda
Gəncə Şəhər Uşaq Evinin sakinlərinin Yeni ilin sevinci
Bakı-Gəncə sürət qatarında gediş haqqı endirildi
Kollecdə baş verən yanğının səbəbi açıqlandı
Prezident və xanımı Şuşada sərgilərlə tanış oldu
Şuşada rəsm sərgisi açıldı
Gəncə-Bakı reysində dəyişiklik
Prezident və xanımı Heydər Əliyev Fondu tərəfindən Şuşada təşkil edilən sərgilərlə tanış olublar
Gəncədə 2 fevral – Gənclər Günü qeyd edilib
Mədəniyyət naziri rəisi işdən çıxartdı
Gəncədə tələbələr arasında kütləvi daha olub
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 