“Reinkarnasiya 5” layihəsi çərçivəsində reallaşan “Zamanla üz-üzə” sərgisi Azərbaycan Rəssamlar İttifaqının üzvləri tərəfindən təşkil edilib. Sərgi vasitəsilə Qobustan mövzusuna aid 60-dək orijinal iş ilə tanış olmaq imkanı yaranıb.
ONN media xəbər verir ki, bu sözləri martın 12-də Muzey Mərkəzində sözügedən sərginin açılış mərasimində Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev deyib. O bildirib ki, sərginin reallaşması üçün Rəssamlar İttifaqı tərəfindən qoruq rəhbərliyinə müraciət edilib, müraciətə tez bir zamanda müsbət cavab verilərək təşkilati dəstək göstərilib.
18-20 min il yaşı olan Qobustan qayaüstü təsvirlərini yeni interpretasiyada izləyiciyə çatdıran layihənin məqsədinin Qobustanın mədəni irsinin təbliği ilə yanaşı, incəsənət xadimlərində bu mövzuya maraq yaratmaq olduğunu söyləyən V.İsayev vurğulayıb ki, sərgi qoruğun təşkilatçılığı, Azərbaycan Rəssamlar İttifaqı və Muzey Mərkəzinin tərəfdaşlığı ilə ərsəyə gəlib. Qeyd edib ki, sərgidə rəsm əsərləri, heykəltəraşlıq və keramika, videoinstalyasiya formatında olan sənət əsərləri yer alır.
“Azərbaycan ərazisində ən qədim incəsənət nümunələri hesab olunan Qobustan qayaüstü rəsmlərinə incəsənət xadimlərinin baxışını müasir yozumda əks etdirən sərgi iki gün müddətində - martın 13-14-ü, saat 10:00-dan 18:00-dək ziyarətçilər üçün açıq olacaq”, - deyə Vüqar İsayev bildirib.
Mədəniyyət naziri Əbülfəs Qarayev deyib ki, bu layihə Azərbaycan Rəssamlar İttifaqı tərəfindən həyata keçirilən silsilə tədbirlərin məntiqi davamıdır. “Reinkarnasiya” layihəsi çərçivəsində paytaxtın bir sıra muzeylərində müxtəlif sərgilərin təşkil edildiyini söyləyən nazir layihənin budəfəki mövzusunun Qobustana aid olmasını təqdirəlayiq hadisə hesab edib.
“Bu il Azərbaycan tarixi memarlıq sənəti üçün, bütün bu sahədə çalışan insanlar üçün çox önəmli bir ildir. Ölkəmizin tarixində ilk dəfə, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səyləri nəticəsində UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası Bakıda keçiriləcək. Bu beynəlxalq tədbirdə dünyanın 200-dən artıq ölkəsindən 3 minədək nümayəndə iştirak edəcək. Tədbirə qatılacaq hər bir nümayəndə heyəti öz ölkəsinin tarixi-mədəni yerlərini təşkilatın Dünya Mədəni İrs Siyahısına salınması üçün müzakirələr aparacaq. Bu, bizim üçün çox önəmli və məsuliyyətli məsələdir. Bizim bu siyahıya daxil olan abidələrimiz var. Onların bəşəriyyət tərəfindən qorunması xalqımızın yaratdığı mirasa böyük hörmət və ehtiramın göstəricisidir”.
Sərginin təşkilində zəhməti olan hər kəsə minnətdarlıq bildirən nazir mədəniyyət ictimaiyyəti adından son günlər mədəniyyət və incəsənət sahəsinə göstərilən dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib.
Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov layihənin əhəmiyyətindən danışıb, belə layihələrin davamlı olmasının vacibliyini qeyd edib.
Əməkdar incəsənət xadimləri Rafiq Kərimov, Ziyadxan Əliyev və başqaları çıxış edərək layihə ilə bağlı fikirlərini bölüşüb, iştirakçılara təşəkkürlərini bildiriblər.
Sonra qonaqlar martın 14-dək davam edəcək sərgi ilə tanış olublar.



Bakının tarixi yeri Portuqaliyada təqdim olunub
"Xəzinə" - Gəncə rəssamlarının sərgisi keçiriləcək
Nazirlərimiz Qobustanda ağac əkdi
Əbülfəs Qarayevdən yeni təyinat
Bakıda “Musiqi alətləri: birlik və müxtəliflik” adlı sərgi keçirildi
MİLENA NƏBİYEVA “Payızımın çalarları” fərdi sərgisi
Paytaxtda növbəti kitab sərgisi başlandı
Azərbaycanın əməkdar rəssamı vəfat etdi
“İçərişəhər”də Nəsimi ilə bağlı sərgi
Bakıda Leyla Əliyevanın sərgisi açıldı
İlham Əliyev sərəncam imzaladı
Ulu öndərin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş sərgi açılacaq
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 