"Ötən il Azərbaycanda 1055 nəfərə əsassız əlillik təyin edilməsi faktı aşkarlanıb, bu ilin yanvarında isə daha 200 əsassız əlillik ləğv edilib".
ONN media xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mətbuat konfransında bildirib.
S.Babayev deyib ki, Səhiyyə Nazirliyi ilə birgə yaradılan işçi qrupu bu məsələ ilə ciddi məşğuldur: "Araşdırma zamanı məlum olur ki, saxta əlillik düzəltmək üçün vasitəçilik edənlər Nazirliyin işçiləri deyil. Ötən il ərzində əlillik 60 faiz azalıb. I qrup üzrə isə əlillik faizi 70 faiz azalıb. Bu dinamika reallığa uyğundur”.
Nazir hazırda həmin şəxslərə ödənilən pulun geri qaytarılması ilə bağlı işlər görüldüyünü açıqlayıb: "Saxta əlilliyə görə vəzifəsindən azad olunanlar, hətta cinayət işi açılanlar da var. Onlardan bir neçəsi artıq həbs edilib. Əlilliyi ləğv olunan günədək pensiya alanlara ödənilən vəsait vəzifəli şəxslər tərəfidən geri ödənilməyə başlayıb. Artıq 1 milyon manata yaxın vəsait geri qaytarılıb. Ləğv edilən əlilliklərə görə ödənilən vəsaitlərin büdcədə qalması il ərzində 3 milyon manata qənaət deməkdir”.
Nazir bildirib ki, ötən il Nazirliyin 600 əməkdaşı barəsində inzibati tənbeh tədbiri görülüb. "Bunlardan 80 nəfəri işdən çıxarılıb, 500 nəfərdən çoxu tənbeh alıb. Bunlar, əsasən, səhlənkarlıq, kobudluq hallarına görə olub".



90 minə yaxın pensiya işi ləğv edildi – RƏSMİ
2600 nəfərin əlilliyi saxta çıxdı - LƏĞV EDİLDİ
46 minə yaxın şəxsə əlillik təyin olunub
Daha 9 nəfərin əlilliyi ləğv edildi
Əlilliyi ləğv edilən hərbçilərin sayı bəlli oldu
Azərbaycanda əlilliyin müəyyənləşdirilməsi meyarı dəyişdirildi - Prezident TƏSDİQLƏDİ
Əlillik BU QAYDALARLA müəyyən ediləcək
Bu şəxslərə ödənişlər dayandırıldı - QƏRAR
Əlilliyin təyin edilməsi ilə bağlı yeni qaydalar təsdiqləndi
Bu şəxslərin əlillik təyinatları ləğv edilib
Daha 12 nəfərin əlilliyi ləğv olundu
200 min insanın əlilliyi ləğv ediləcək? - Komitə sədrindən AÇIQLAMA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 