Fevralın 19-da Muzey Mərkəzində Bakı şəhərində fəaliyyət göstərən bir sıra muzeylərin ziyarəti üçün onlayn bilet satışının təşkil olunmasına həsr edilən tədbir keçirildi. Nazirlikdən ONN media -ya verilən xəbərə görə, tədbirdə çıxış edən Mədəniyyət Nazirliyinin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Azadə Hüseynova internet üzərindən bilet satışı istiqamətində görülən işlərdən danışdı. Qeyd etdi ki, layihə çərçivəsində yeddi mədəniyyət ocağı - Azərbaycan Xalça Muzeyi, Milli İncəsənət Muzeyi, İstiqlal Muzeyi, Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Cəfər Cabbarlı adına Teatr Muzeyi, Üzeyir Hacıbəylinin ev-muzeyi, Səməd Vurğunun ev-muzeyini ziyarət üçün iticket.az saytı vasitəsilə bilet satılması nəzərdə tutulur. Onlayn bilet satışı həm vətəndaşlarımızın, həm də ölkəmizə gələn turistlərin rahatlığını təmin edəcək. Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi müdirinin müavini Qabil Abbasov çıxış edərək layihənin texniki tərəflərindən söz açdı. Vurğuladı ki, Mədəniyyət Nazirliyi elektron xidmətlərin müasir tələblər səviyyəsində qurulması istiqamətində işlərini davam etdirir. İticket.az şirkətinin əməkdaşı Ziya Məmmədov şirkət haqqında geniş məlumat verdi. Bildirdi ki, Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərən saytda ölkəmizdə təşkil olunan idman yarışlarına, konsertlərə və digər bu kimi tədbirlərə onlayn bilet satışını həyata keçirir. Daha sonra bilet satışının reallaşdırılması qaydaları nümayiş olundu, layihə ilə bağlı fikir mübadiləsi aparıldı.
Muzey ziyarətləri üçün onlayn bilet almaq mümkün olacaq



Məktəblilərə ŞAD XƏBƏR - 18 mayda...
Beynəlxaq sərnişin qatarlarına 30 gün əvvəl bilet almaq mümkün olacaq
Üzeyir Hacıbəylinin Şuşadakı ev muzeyi bərpa edilir
Bu üç qrum AMEA-dan alındı
Şuşaya getmək istəyənlərin NƏZƏRİNƏ
Artıq biletləri onlayn geri qaytarmaq mümkün olacaq - Sərnişinlərin nəzərinə!
Bilet almaq istəyənlərin NƏZƏRİNƏ- FASİLƏ YARANA BİLƏR
Qarabağa getmək istəyənlərin NƏZƏRİNƏ
“Qarabağ mədəniyyətimizin beşiyi” layihəsinin növbəti təqdimatı Üzeyir Hacıbəylinin Şuşadakı ev-muzeyinə həsr edildi
Anar Kərimov Bolnisi muzeyi və Marneuli Çay Evini ziyarət etdi
Qarabağa getmək istəyənlərin NƏZƏRİNƏ
Şuşaya getmək istəyənlərin NƏZƏRİNƏ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 