Fevralın 18-i axşam saatlarından paytaxtda müşahidə edilən hava şəraiti ilə əlaqədar paytaxt yollarına, eləcə də müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkətinə nəzarət gücləndirilib. Hərəkətin təhlükəsizliyini təmin etmək məqəsidi ilə Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ yolu-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. ONN media xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi bir daha sürücüləri hərəkətdə olan zaman sürət həddinə əməl etməyə və metereoloji amilləri nəzərə almağa çağırıb. Hava şəraiti ilə əlaqədar bütün daşıyıcılara göstəriş verilib. Tapşırılıb ki, (hər hansı bir məcburi məhdudlaşdırma istisna olmaqla) müntəzəm xətt avtobuslarının müəyyən olunan qrafikə və sxemə uyğun hərəkəti təmin edilməlidir. Onu da qeyd edək ki, pik saatlarında yollarda müşahidə edilən sıxlıq avtobusların hərəkət intervalında müəyyən qədər gecikmələrə səbəb olur. Hazırda paytaxtda müşahidə olunan sıxlıq və tıxac haqqında qısa məlumatı təqdim edirik: 1. Üzeyir Hacıbəyov küçəsi (Cavanşir körpüsünün üzərindən Hökumət Evi istiqamətində) sıxlıq 2. Koroğlu Rəhimov küçəsi (Akademik Həsən Əliyev küçəsi istiqamətində) nisbətən sıxlıq 3. Tbilisi prospekti (Hər iki istiqamətdə,20 Yanvar dairəsi və Şəhər istiqamətində) sıxlıq 4. Rəşid Behbudov küçəsi (Mərkəzi Bankın qarşısı istiqamətində) sıxlıq 5. Akademik Həsən Əliyev küçəsi (1 saylı Bakı "ASAN xidmət" mərkəzinin qarşısı,Tbilisi prospekti istiqamətində) nisbətən sıxlıq 6. 28 May küçəsi (Azadlıq prospekti ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər) sıxlıq 7. Ziya Bünyadov prospekti (Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq,20 Yanvar dairəsi istiqamətində) sıxlıq 8. Şah İsmayıl Xətai prospekti (Azərbaycan Respublikası Təhsil Nazirliyinin qarşısı,Heydər Əliyev prospekti istiqamətində) sıxlıq 9. Xaqani küçəsi sıxlıq 10. Əziz Əliyev küçəsi nisbətən sıxlıq 11. Məhəmməd Füzuli küçəsi sıxlıq 12. Mikayıl Useynov prospekti (Neftçilər prospekti istiqamətində) sıxlıq 13. Gülayə Qədirbəyova küçəsi (Hər iki istiqamətdə,Koroğlu Rəhimov küçəsi və Şah İsmayıl Xətai prospekti istiqamətində) nisbətən sıxlıq 14. Mustafa Kamal Atatürk prospekti (Məmməd Araz küçəsi ilə kəsişmədən başlayaraq, Ayna Sultanova heykəli istiqamətində) sıxlıq
SON DƏQİQƏ: Bu yollarda tıxac var - Xəbərdarlıq



Sürücülərin DİQQƏTİNƏ!
Bakıda bu yollarda sürət həddi dəyişdirildi
Bakının yollarında sürət həddi endirildi
Sürücülərin NƏZƏRİNƏ! Bu yolda...
Sürücülərin NƏZƏRİNƏ! Bu yolda...
DİQQƏT: Əsas yollarda sürət həddi endirildi
Sürücülərin DİQQƏTİNƏ: Əsas avtomagistrallarda sürət həddi endirildi
Bu yollarda sürət həddi endirildi
Bu magistralda sürət həddi endirildi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 