Hazırda paytaxtda müşahidə edilən hava şəraiti ilə əlaqədar şəhər nəqliyyatının normal fəaliyyətini təmin etmək və yarana biləcək problemlərin vaxtında aradan qaldırılması məqsədi ilə Bakı Nəqliyyat Agentliyi xüsusi rejimdə fəaliyyət göstərir. Əvvəlcədən görülən tədbirlər nəticəsində gecə saatlarından bu vaxtadək şəhər nəqliyyatında hər hansı problem müşahidə edilməyib.
Agentlikdən ONN media-ya verilən məlumata görə, yanvarın 17-si səhər saatlarından bütün müntəzəm marşrut xətləri üzrə avtobusların reysə çıxarılması təmin edilib. Müntəzəm marşrut xətləri üzrə avtobusların fəaliyyətinə nəzarət artırılıb. Bu məqsədlə agentliyin mobil qrupları Nəqliyyat Mübadilə Mərkəzlərinin və şəhərin müxtəlif ərazilərində xidmət aparır.
Gecə saatlarından şəhər yollarında svetoforların fəaliyyətində problem müşahidə olunmayıb. Mənfi halların vaxtında aradan qaldırılması üçün texniki personal hazır vəziyyətə gətirilib.
Məlumat üçün bildiririk ki, hazırda müşahidə edilən yağışla əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20-km/saat həcmində endirilib. Elektron məlumat tablolarında sürüşkən yol xəbərdarlıq nişanı qoyulub.
Bakı Nəqliyyat Agentliyi sürüclərə tövsiyə edir ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etsinlər:
"Sərnişinlərdən dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmalarını xahiş edirik. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamağı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşməyi, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik".



Bu marşrutların fəaliyyətində problem yarandı
BNA: Xəttə əlavə avtobuslar buraxılacaq
BNA nəqliyyat infrastrukturuna nəzarəti artırıb
Bakıda 20 avtobusun hərəkət sxemi DƏYİŞDİRİLİR - SİYAHI
Bugün metro işləməyəcək- RƏSMİ
SON DƏQİQƏ: Bu yollarda tıxac var - Xəbərdarlıq
Bakıda 17 marşrut xəttinin yolu dəyişdiriləcək - SİYAHI
BNA Mingəçevir İES-də baş vermiş qəza ilə bağlı tədbirlərə başlayıb
Bu magistralda sürət həddi endirildi
Bu marşrutların hərəkət xətti dəyişdirildi
Şənbə və bazar günləri üçün avtobusların iş qrafiki məlum oldu
AAYDA gücləndirilmiş iş rejiminə keçdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 