Ermənilər qondarma "soyqırımı" iddiasından əl çəkməli, ASALA terror qruplaşmasının cinayətlərinə və Xocalıda insanlıq əleyhinə cinayətlərə görə cavab verməlidirlər.
ONN media xəbər verir ki, bunu Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu deyib.
Y.Topçu qeyd edib ki, Xocalıda əsrin ən böyük qanlı faciəsi törədilib: "1915-ci ildə Rusiya imperiyasından dəstək alan ermənilər Anadoluda bir çox şəhərlərdə, o cümlədən, Qars, Ərzurum və Ərdahanda türklərə qarşı qanlı cinayətlər törədiblər".
Baş müşavir vurğulayıb ki, ermənilərin bir tərəfdən Xocalıda törətdikləri vəhşiliklərə göz yumması, digər tərəfdən isə 1915-ci il hadisələrinə görə Türkiyə əleyhinə iddia qaldırması əsla qəbuledilməzdir: "Arxivlər 1915-ci ildə erməni quldur dəstələrinin dinc türkləri qətlə yetirdiyinə dair faktlarla doludur".
Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşdırılması imkanına da toxunan Y.Topçu bildirib ki, rəsmi Ankara Yerevanın səmimiyyətinə inanmır: "Ermənilər məcbur qalaraq Türkiyə ilə yaxınlaşmaq üçün addım ata bilərlər, lakin onlardan səmimiyyət gözləmək sadəlövhlük olardı. Tarixdə yaşanan hadisələr bu gün bu qərara gəlməyimizə əsas verir".
O əlavə edib ki, bu məsələdə Türkiyənin mövqeyi açıq və qətidir: "Ermənilər ilk növbədə işğal etdikləri Azərbaycan torpaqlarını azad edəcək, Azərbaycandan üzr istəyəcək, bütün bunlardan sonra isə Ankara Bakı ilə məsləhətləşərək vəziyyəti qiymətləndirəcək. Türkiyə və Azərbaycan Ermənistandan beynəlxalq hüquqa zidd bir şey tələb etmir. Ermənistan işğalçı dövlətdir". Trend



Tramp 1915-ci il hadisələrini yenə “soyqırım” adlandırmadı
ABŞ Türkiyəyə qarşı gizli savaşırdı, indi isə... - Oğan
Qəbul etmirik, boş sözdür: bu qədər bəsit... - MƏNSİMOV
Türkiyədən Trampın bəyanatına SƏRT CAVAB
Türkiyə XİN-dən Baydenin bəyanatına SƏRT CAVAB
Co Baydenin bəyanatı təəssüf doğurur - XİN
Türkiyə “Barış Pınarı” əməliyyatında ilk şəhidini verdi
Xocalıda 613 nəfər deyil, ən azı 2613 nəfər qətlə yetirilib - Yunus Oğuzdan ŞOK açıqlama
Anar Kərimov Ərdoğanın müşaviri ilə görüşdü
Pakistandan TÜRKİYƏYƏ DƏSTƏK
Latviya parlamentinin "erməni soyqırımı" ilə bağlı qərarını rədd edirik - Türkiyə XİN
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 