Mədəniyyət naziri Anar Kərimov Ankarada Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu ilə görüşüb. Mədəniyyət Nazirliyindən ONN media -ya verilən məlumata görə, görüş zamanı iki qardaş ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın dərinləşdirilməsi, ortaq tarixi irs və dəyərlərimizin təbliği istiqamətində birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Sonra A.Kərimov ilə Türkiyə Böyük Millət Məclisi Milli Təhsil, Mədəniyyət, Gənclik və İdman komissiyasının sədri Əmrullah İşlər arasında görüş keçirilib. İkinci Qarabağ müharibəsində ölkəmizin əldə etdiyi parlaq qələbə münasibətilə təbriklərini ifadə edən Əmrullah İşlər bu haqq savaşında Azərbaycan xalqının nümayiş etdirdiyi əzmkarlığın və Azərbaycan əsgərinin rəşadətinin Türkiyə cəmiyyətində böyük qürur hissi ilə qarşılandığını diqqətə çatdırıb. Türkiyə Böyük Millət Məclisində olmasından məmnunluğunu ifadə edən nazir Vətən müharibəsində Türkiyənin ölkəmizə göstərdiyi dəstəyi xüsusilə vurğulayıb. Görüşün sonunda nazir Qarabağ mədəniyyətini əks etdirən kitabları Əmrullah İşlərə təqdim edib. Mədəniyyət naziri Ankarada Türkiyə Prezident Kitabxanasını da ziyarət edib. Nazirə kitabxananın tarixi və müasir dövrün tələblərinə uyğun qurulan fəaliyyəti barədə məlumat verilib. Anar Kərimov kitabxanada Türkiyə Cümhuriyyətinin qurulması tarixindən bəhs edən sərgi ilə tanış olub. Kitabxana və sərgi barədə təqdimata görə təşəkkürü bildirən mədəniyyət naziri ölkəmiz, o cümlədən Qarabağ haqqında kitabları Türkiyə Prezident Kitabxanasına hədiyyə edib.
Anar Kərimov Ərdoğanın müşaviri ilə görüşdü



Anar Kərimov Erkan Özoralla görüşdü
Azərbaycan ilə Meksika arasında mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə edildi
Anar Kərimov xorvatiyalı nazirlə görüşdü
Anar Kərimov David Zalkaliani ilə görüşdü
Ceyhun Bayramov Şentopla görüşdü
Anar Kərimov sabah Gürcüstana gedir
Qafarova Şəntopla görüşdü
Şentopla Bayramov görüşdü
Anar Kərimov Gürcüstana səfər edəcək
Anar Kərimov Fəxrəddin Altunla bir arada
Anar Kərimov vəzifəsindən azad olundu?
Vətən Müharibəsində 6 mədəniyyət işçisi şəhid olub
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 