Qazax rayonunda əkin sahəsində top mərmisi tapılıb. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) ONN media -ya verilən məlumata görə, martın 2-də 15:27-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Qazax rayonu, Kəmərli kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub. Məlumat əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Qazax rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Qazax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə əkin sahəsinə baxış keçirilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 100 mm-lik top mərmisi (OF-412) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Top mərmisinin ətrafında 400 kv.m əraziyə yerüstü, 55 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 02 mart 2019-cu il tarixlərində 46 siqnal (əməliyyat çağırışı) əsasında 38 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Abşeron, Ağdam, Ağstafa, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Xızı, Qazax, Salyan, Şəmkir, Tərtər, Tovuz rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Lənkəran şəhərləri ərazisində 4 ev və həyətyanı sahəyə, əkin və otlaq sahəsinə, yol kənarına, dəmiryolunun yaxınlığına, daş karxanasına, dəniz sahilinə, məişət tullantıları ərazisinə, su kanalına, məktəbin həyətinə baxış keçirilib, 900 ədəd partlamamış hərbi sursat (PHS) və 2 ədəd tank əleyhinə mina zərərsizləşdirilib, 37,215 kv.m ərazi yerüstü və 5,667 kv.m ərazi yeraltı yoxlanılıb.Qazaxda top mərmisi tapıldı



Bərdədə top mərmisi tapıldı
Göygöldə top mərmisi tapılıb
Sumqayıtda təhlükəli tapıntı aşkar edildi
Goranboyda mina tapılıb
Mingəçevirdə top mərmisi aşkarlandı
Şəmkirdə təhlükəli tapıntı aşkar edildi
Tərtərdə top mərmisi aşkarlandı
Dondar Quşçu kəndində partlamamış top mərmisi aşkar edildi
Tovuzda həyəcan siqnalı — Xüsusi çevik dəstə göndərildi
Xətai rayonunda təhlükəli tapıntı aşkar edildi
Goranboyda top mərmisi aşkarlanıb
Sumqayıt şəhərində təhlükəli tapıntı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 