Azərbaycan Milli Elmlər Akademiyası Fiziologiya İnstitutu ölkəmizdəki uzunömürlülərin "Ginnesin Rekordlar Kitabı"na salınmamasının səbəbini açıqlayıb.
ONN media xəbər verir ki, bunu Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova deyib:
"2015-ci ildə Tokioda yaşayan 117 yaşlı Misao Okavanın ölümündən sonra dünyanın ən yaşlı sakini 1899-cu il təvəllüdlü afro-amerikalı xanım Cons olub və o, 2016-cı ildə vəfat edib. 15 aprel 2017-ci ilə qədər dünyanın ən yaşlı sakini İtaliyadan olan 117 yaşlı Emma Morano olub. Hazırda isə dünyanın "Ginnesin Rekordlar Kitabı"na düşən ən yaşlı sakin 112 yaşlı yapon Masadzo Nonakadır. Azərbaycanda yaşı verifikasiya olunan uzunömürlülər arasında bu yaşa çatmış sakin olmadığından hələ ki "Ginnesin Rekordlar Kitabı"na düşə biləcək uzunömürlümüz yoxdur".
U.Həşimova qeyd edib ki, "Ginnesin Rekordlar Kitabı"na yalnız yaşının verifikasiyası aparılmış şəxslər daxil edilə bilər:
"Hələ keçmiş sovet dönəmindən Azərbaycan uzunömürlülər diyarı kimi tanınıb. Lerik sakinləri olan Şirəli Müslümov, Mahmud Eyvazovun adları demək olar ki, dünyada məşhur idi. Təəssüf ki, onların yaşı verifikasiya edilmədiyindən adları bu kitaba daxil edilməyib".
İnstitut direktoru əlavə edib ki, Azərbaycanda yaş verifikasiyası aparılmış uzunömürlülər içərisində ən yaşlı sakin olan 108 yaşlı Vəsmə Məmmədova 2018-ci ildə dünyasını dəyişib. Hazırda ölkəmizin ən yaşlı sakini 103 yaşlı Lənkəran rayon Sütəmurdov kənd sakini Mirzadə Cabbarova sayılır. Trend



Azərbaycandakı uzunömürlülər "Ginnesin Rekordlar Kitabı"na niyə salınmır?
Dünyanın ən uzunömürlü insanı o oldu
Azərbaycanın YENİ ən uzunömürlü sakini kimdir?
Dünyanın ən yaşlı insanı kimdir?
Planetin ən yaşlı insanı VƏFAT ETDİ
Dünyanın ən yaşlı insanı vəfat edib
Dünyanın ən yaşlı kişisi vəfat etdi
Dünyanın ən bahalı konfeti satışa çıxarıldı - Bir ədədi 10 MİN DOLLAR
Türkiyənin raket qurğusu Ginnesin rekordlar kitabına düşdü
Yapon kişi buna görə rekordlar kitabına düşdü
Dünyanın ən qəribə adamı
Dünyanın ən kiçik adamı HƏYATINI İTİRİDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 