Azərbaycanın yaş verifikasiyası (yaşın dəqiqləşdirilməsi) aparılmış uzunömürlüləri arasında ölkəmizin yeni ən yaşlı sakini müəyyənləşdirilib.
ONN media xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova deyib.
Onun sözlərinə görə, yaş verifikasiyası aparılmış uzunömürlülər arasında ən yaşlı sakin olan 108 yaşlı Vəsmə Məmmədova 2018-ci ildə dünyasını dəyişib:
"Tədqiqatlarımız hələ ki, Azərbaycanın cənub bölgələrində aparıldığından yalnız bu bölgələrin ən yaşlı sakini haqqında məlumat verə bilərik. Bu tədqiqatlara əsasən, hazırda ölkəmizin ən yaşlı sakini Lənkəran rayonu Sütəmurdov kəndinin 103 yaşlı sakini Mirzadə Cabbarova sayılır".
U.Həşimova qeyd edib ki, bir çox hallarda uzunömürlülərin sənədlərində göstərilən yaşla onların əsl yaş göstəriciləri üst-üstə düşmür. Buna görə də uzunömürlülər tədqiq olunarkən hər şeydən əvvəl onların yaş verifikasiyası aparılır.
İnstitutunun direktoru bəzən ən yaşlı insan haqqında onların sənədinə istinadən yayılan məlumatların da elmi əsasının olmadığını söyləyib.
Qeyd edək ki, Lənkəran rayonu Gərmətük qəsəbə sakini 108 yaşlı Vəsmə Məmmədova son 3 il ərzində Azərbaycanın ən yaşlı uzunömürlü (yaşı verifikasiya olunmuş uzunömürlülər arasında) sakini hesab olunurdu. Trend



Bizim uzunömürlülər "Ginnesin Rekordlar Kitabı"na niyə salınmır?
Azərbaycandakı uzunömürlülər "Ginnesin Rekordlar Kitabı"na niyə salınmır?
Dünyanın ən yaşlı sakini azərbaycanlıdır
Ən yaşlı sakin dünyasını dəyişdi
Moskvanın ən yaşlı sakini müəyyən edildi
Dünyanın ən yaşlı insanı kimdir?
Azərbaycanda 88 yaşlı şəxs koronadan sağaldı
Dünyanın ən yaşlı qadını vəfat etdi
Dünyanın ən uzunömürlü insanı o oldu
AMEA-da BMT-nin Qocalma İnstitutunun direktoru, professor Marvin Formoza ilə görüş keçirilib
Bakıda 17 yaşlı qız özünü buna görə öldürübmüş - Rəsmi
Kəlbəcərin bir qrup sakini doğma yurdlarına səfər edib
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 