Bakı şəhərinin ictimai nəqliyyatında göstərilən xidmətlərin həm təhlükəsizlik, həm də keyfiyyət nöqteyi-nəzərindən qabaqcıl dünya standartlarına çatdırılması daim dövlətin diqqət mərkəzindədir. ONN media xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin yaydığı məlumatda qeyd edilib. Bildirilib ki, dövlət başçısının birbaşa diqqət və qayğısı sayəsində son illər sərnişinlərin ictimai nəqliyyatdan təhlükəsiz və rahat istifadəsinin təşkili məqsədilə mühüm tədbirlər həyata keçirilir: “Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, Nəqliyyat Mübadilə Mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair hazırlanan tələblər də bu məqsədə xidmət edir. Eyni zamanda, ölkə Prezidentinin vətəndaşlara layiqli ictimai nəqliyyat xidmətlərinin göstərilməsi işinə verdiyi önəmin növbəti təzahürüdür. Nazirlər Kabinetinin 73 saylı qərarı ilə təsdiq edilən tələblər mövcud normativ-hüquqi aktların tələbləri nəzərə alınmaqla Bakı Nəqliyyat Agentliyinin təklifləri əsasında hazırlanıb və sərnişindaşımanın təşkilinə dair mühüm əhəmiyyət kəsb edir. Son 10 ildə bu məzmunda ilk belə sənəd olan qərarla təsdiq edilən tələblər nəqliyyat infrastrukturunda texniki yeniləşmələrə üstünlük verilməklə dünya standartlarına uyğun təkmilləşdirilməni və dinamik inkişafa nail olunmağı özündə əks etdirir. Tələblərlə bağlı təkliflər sərnişin daşınmasının təşkilində inkişaf etmiş ölkələrin təcrübəsi təhlil edilərək və yerli amillər nəzərə alınmaqla hazırlanıb. Tələblərin icrası sərnişindaşıma və yol hərəkətinin təşkilində keyfiyyətli, səmərəli və təhlükəsiz nəqliyyat sistemi modelinin formalaşdırılmasına imkan verəcək. Hüquqi qüvvəyə minən tələblərin icrası üçün Bakı Nəqliyyat Agentliyi tərəfindən bütün zəruri addımlar atılır. Eyni zamanda bildirilir ki, müntəzəm sərnişindaşıma və taksi minik avtomobili ilə sərnişindaşıma sahəsində mövcud vəziyyət nəzərə alınmaqla müəyyən müddət ərzində qərarla təsdiq edilən tələblər tədricən icra edilməlidir. Belə ki, sərnişindaşıma sahəsində xidmət göstərən daşıyıcılar mövcud çatışmazlıqları aradan qaldırmalı və fəaliyyətlərini yeni tələblərə uyğunlaşdırmalıdır. Bu isə dövlətin bu sahədə çalışan hüquqi və fiziki şəxslərə münasibətdə bir daha liberal mövqedən yanaşmasının göstəricisidir. Onu da qeyd edək ki, ötən üç il ərzində daşıyıcılara sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyətinin artırılması ilə bağlı mütəmadi olaraq yazılı və şifahi xəbərdarlıqlar edilib. Bir daha vurğulamaq istərdik ki, bu tələblər dövlətin şəhər nəqliyyatının müasir informasiya texnologiyalarının imkanlarının tətbiqi ilə dayanıqlı inkişafına xidmət edəcəkdir”.
Bakıda təhlükəsiz nəqliyyat sistemi modeli formalaşdırılacaq



Hansı dayanacaq məntəqələrində pavilyon quraşdırılmaya bilər?
Nazirlər Kabineti avtobuslarla bağlı qərara DƏYİŞİKLİK ETDİ
Avtobus dayanacaqları və taksi duracaqlarına dair YENİ TƏLƏBLƏR
Taksi sürücülərinə BƏD XƏBƏR
Bu maşınların taksi kimi istifadəsinə QADAĞA qoyuldu
Avtobus parkı yenilənəcək - SƏRƏNCAM
Kimlər taksi sürə bilməz? - QAYDALAR
Bu marşrut xəttinə yeni avtobuslar verilir
Bakıda taksi fəaliyyəti ilə bağlı yeni normativlər tətbiq ediləcək
Bu marşrut xətti "Bakubus"a verildi
Ölkə başçısı - Vətəndaşların rahatlığı hər şeydən üstündür
Azərbaycanda taksilərlə bağlı konsepsiya hazırlanır
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 