20 nömrəli məktəb-liseyin müəllimi şagirdinə psixoloji zorakılıq etməkdə ittiham edilir.
ONN media xəbər verir ki, adının açıqlanmasını istəməyən valideyn özünün və övladının başına gələn hadisədən şok keçirdiyini dilə gətirib. Belə ki, hər şey təhsil ocağında ibtidai sinif şagirdlərinə dərs keçən müəllimə alınan hədiyyədən sonra yaşanıb.
“Mənim qızım 3-cü sinif şagirdidir. Şəhərin mərkəzində yenicə təmirdən çıxmış üstü bəzək məktəblərin birində, daha dəqiq desəm 20 nömrəli məktəbdə təhsil alır. Bir çox valideynlər kimi mən də, hər bayramda kiçik-böyük, fikirləşmədən imkanımın daxilində onun sinif rəhbərinə hədiyyə verirəm. Müəllimlər Günündə, Yeni ildə və 8 Martda… Bu dəfə evdə körpə iki övladım olduğundan yoldaşımdan xahiş etdim ki, sinif rəhbəri üçün ailə büdcəmizə uyğun məbləğdə hədiyyə alsın. O, suvener qab, şokolad qutusu və məktub konvertinin içərisinə 20 azn pul qoyaraq bayram təbriki üçün Şəhla Məmmədovaya təqdim edib”.
Valideynin sözlərinə görə, müəllim hədiyyəni bəyənmədiyindən ona zəng vuraraq qəribnə tərzdə narazılığını bildirib:
“İstehza dolu bir səslə: “O göndərdiyiniz qutu açılmış olub və içərisində 2-3 ədəd şokolad vardı. Mən bunu heç xadiməmə də vermərəm…” – dedi. Çox pərt oldum, duruxub qaldım. Özüm ziyalı bir ailənin qızıyam. Həkim və müəllim ailəsində böyümüşəm. Özüm də ali təhsilliyəm. Mənim tərbiyəmə və həyat baxışıma görə, hədiyyə könül sevindirmək üçün olmalıdır. Müəllimdən üzr istədim. O isə bunun qarşılığında bildirdi ki, “göndərdiyin o qabı da sinifdə uşaqlara verdim, xonça düzəldəcəklər”. Hər zaman bahalı hədiyyə verirdik, baxmayaraq ki, maddi durumumuzda çətinlik var, amma indi də haradasa 50 AZN civarında bir bayram payı etmişdik”.
Şikayətçi deyir ki, müəllim həmçinin övladına psixoloji təsirə göstərib və sinif yoldaşları arasında gülüş obyektinə çevrilməsinə səbəb olub:
“Qızım söyləyir ki, sinifə o qabı göstərib, “filankəsin aldığı qabda xonça düzəldərik” deyib. Uşaqlar da övladıma baxaraq gülüblər. Burada gülməli nə var? Qızıma da psixoloji təsir olub. Həyatımın şoklarından biri oldu”.
Məsələ ilə bağlı adıçəkilən məktəblə əlaqə saxlanılsa da, cavab verilməyib. Minval.info



Şagirdi döyən müəllimin izahatı alındı, töhmət verildi - RƏSMİ CAVAB
Bakıda bu məktəb sökülür
Sinif rəhbərləri hər gün məktəbə gedəcək? - Rəsmi açıqlama
292 saylı məktəbdə uşaqlar qeydiyyata alınmır?
Cəlilabaddakı bu məktəb binasında BİYABIRÇILIQ
Bakıda bu məktəb və liseylərin məzunları qızıl və gümüş nişanlara layiq görülüb - SİYAHI
SON DƏQİQƏ! - Məktəbin tavanı dərs zamanı çökdü
İsmayıllıda modul tipli məktəb quraşdırılıb
Məktəbdəki hicab olayı ilə bağlı - RƏSMİ AÇIQLAMA
Daha 2 məktəbdə əyani dərslər bərpa olundu
İbtidai sinif şagirdinin qorxulu yuxusu “sinifdə qalmaq”- Bu, hansı hallarda mümkündür?
Daha bir sinif koronavirusa görə bağlandı
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 