Ötən gün 246 nömrəli orta məktəbdə II sinif şagirdinə müəllim Pərvanə Absalamova tərəfindən kobudluq edilməsi və şagirdə fiziki güc tətbiq etməsinin video görüntüsü yayılıb.
ONN media xəbər verir ki, hadisə ilə bağlı məktəbdən reaksiya gəlib. 246 nömrəli məktəb-liseydən femida.az-a verilmiş məlumatda qeyd olunur ki, mayın 10-da məktəbin ibtidai sinif müəllimi şeir deyən uşaqların fikrini yayındıran II sinif şagidini (müvafiq səbəblərdən şagirdin adı qeyd edilmir) tənbeh edib. Bununla bağlı videogörüntü müəllimin özü tərəfindən yaradılmış valideyn votsap qrupuna göndərilib.
Videogörüntü valideyn tərəfindən mayın 13-də məktəb-liseyin rəhbərliyinə təqdim olunub. Məktəb-liseyin rəhbərliyi tərəfindən dərhal ibtidai sinif müəlliminin izahatı alınıb və valideynin ərizəsinə əsasən, şagirdin sinfi dəyişdirilib. Məsələ ilə bağlı müəllimə töhmət verilib.
Qeyd edək ki, məktəbdə müəllim-şagird münasibətləri hər zaman diqqət mərkəzində saxlanılır, uşaqların psixoloji dayanıqlılığının artırılması və məktəb-valideyn əməkdaşlığının inkişafı məqsədilə müvafiq tədbirlər həyata keçirilir, davamlı olaraq zəruri maarifləndirmə işləri görülür. Bu kimi məsələlərin həllində uşaqların psixoloji zərər görməməsi əsas amil kimi diqqət mərkəzində saxlanılır.milli.az



Biabırçı görüntülərlə bağlı qərar: müəllim cəzalandırıldı - RƏSMİ
Məktəblini döyən müəllimin aqibəti necə oldu?
Bakının daha bir məktəbində FACİƏ - XI sinif ŞAGİRDİ ÖLDÜ, ikisi isə...
Şagirdi döyən müəllimdən XƏBƏR VAR
Şagirdlərin hərəkəti ilə bağlı bu tədbir görülüb - Direktor
Şagirdi döyən məktəb direktoru ilə bağlı araşdımalara başlanıldı
Məktəbdəki hicab olayı ilə bağlı - RƏSMİ AÇIQLAMA
Təhsil İdarəsindən məktəbdə pul yığılmasına reaksiya
Bu məktəblərdə oxuyanların NƏZƏRİNƏ
Bakıda bu məktəb sökülür
Nazir daha bir direktoru işdən qovdu- SƏBƏB?
6 -cı sinif şagirdi məktəbdə yaralandı - VƏZİYYƏTİ...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 