"Ölkədə təbii fəlakətlər - zəlzələ, Kür çayındakı daşqın zamanı Prezident İlham Əliyev hər zaman insanların yanında olub. Onun dəstəyi ilə insanların dağılmış evləri bərpa edilib. Bu günlərdə "Diqlas" ticarət mərkəzində baş verən yanğından sonra da oxşar addım atıldı".
ONN media xəbər verir ki, bu sözləri millət vəkili Azər Badamov "Diqlas" ticarət mərkəzində baş verən yanğın nəticəsində sahibkarlara dövlət tərəfindən maddi yardımın ayrılması ilə bağlı danışarkən deyib.
Millət vəkili bildirib ki, vətəndaşlarımız çətinliyə düşəndə hər zaman Prezident İlham Əliyevin dəstəyini hiss edib:
"Ticarət mərkəzində baş verən yanğın nəticəsində orada çalışan çoxsaylı sahibkarlara ziyan dəyib. Bu ziyan həmin insanların durumunu pisləşdirib, onlar ümidsiz hala düşmüşdülər. Bu gün isə Cənab Prezident müvafiq qurumları bir yerə toplayaraq iclas keçirdi. Müşavirədə aidiyyəti qurumlara həmin insanlara dəstək olmalarını tapşırdı. Bu bir daha onu göstərir ki, dövlət başçısı hər zaman vətəndaşının yanındadır, vətəndaşın maddi vəziyyətinin yaxşılaşması istiqamətində çalışır. Qanun çərçivəsində dövlətin bu halda sahibkarlara yardım etmək kimi bir vəzifəsi yox idi. Çünki qanunvericiliyə görə, hər bir sahibkar öz əmlakını sığortalamalıdır, hər hansı fəlakət zamanı dəymiş ziyan da sığorta şirkəti tərəfindən ödənilməlidir. Təəssüf ki, sahibkarlarımız bu istiqamətdə addım atmır, belə hallar baş verəndə də çarəsiz hala düşürlər. Bütün bunlara baxmayaraq, ölkə başçısı humanist addım atdı. Qısa zamanda hadisənin baş vermə səbəbləri araşdırılacaq, günahkar insanlar cəzalandırılacaq. Zərərçəkmiş insanlara dövlət tərəfindən maddi yardım göstəriləcək".



İlham Əliyev Komissiyanın yaradılması haqqında sərəncam imzalayıb
"Diqlas"dakı yanğınla əlaqədar Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib
"Diqlas" ticarət mərkəzindəki yanğına görə ziyan çəkən sahibkarlara kompensasiya ödəniləcək
"Sədərək"də ziyan çəkən sahibkarlara kompensasiya ödəniləcək - RƏSMİ
“Diqlas” Ticarət Mərkəzində baş verən yanğına görə bu yollar bağlanıb
"Diqlas"da malı yanan sahibkarlar prokurorluqda dindirilir
Prezident yanğında zərərçəkənlərə 3 milyon ayırdı
Prezident ticarət mərkəzləri ilə bağlı göstəriş verdi
Diqlasda baş verən yanğında zərərçəkənlərlə bağlı son durum
Nazirdən "Diqlas" barədə yeni açıqlama
Yanğından zərər çəkənlərə yeni təklif
"Təbii ki, dövlət öz dəstəyini göstərməlidir"- İlham Əliyev
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 