“Azərbaycan Avropanın bir sıra ölkələrinə nar ixrac etməyi planlaşdırır”. ONN media xəbər verir ki, bunu “Report”a Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının icraçı direktoru Yusif Axundov bildirib. Onun sözlərinə görə, hazırda Latviya, Polşa, Fransaya ixracla bağlı danışıqlar aparılır: “Sözügedən ölkələr üçün məhsulun keyfiyyəti çox vacib bir məsələdir. Bununla bağlı yerli istehsalçılar tərəfindən keyfiyyətin yaxşılaşdırılması istiqamətində işlər aparılır. Bu ölkələrə məhsulun ixracını həyata keçirilməsi sentyabrda gözlənilir”. Y.Axundov əlavə edib ki, ötən il Azərbaycanda 180 min ton nar istehsal edilib: “13 mln. dollarlıq da məhsul ixrac edilib. 2019-cu ilin ilk üç ayı ərzində cuzi həcmdə nar ixrac edilib. İxrac həyata keçirilmiş ölkələr Rusiya, Ukrayna, Qazaxıstana olub”. O həmçinin nar emalı müəssələri ilə bağlı danışıb: “Müəssisələrin yaradılması Aran rayonlarında nəzərdə tutulur. Hələlik bu məsələ müzakirə mərhələsindədir”. Qeyd edək ki, Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası 31 oktyabr 2016-cı il tarixində yaradılıb. Quru subtropik zonada yerləşən Şirvan bölgəsi ən yaxşı nar növlərinin yetişdirilməsi üçün əlverişlidirsə, şirə çeşidlərinin istehsalı zamanı, əsas etibarı ilə, Göyçayda yetişən narlardan istifadə olunur. Ən yaxşı standart növlər "Şəlli mələsi", "Şahnar", "Çəhrayı gülöyşə", "Azərbaycan gülöyşəsi", "Qırmızıqabıq", "Bala Mürsəl", "Nazikqabıq" və "Qırmızı" vələsdir.
Azərbaycan Avropaya nar ixrac etməyi planlaşdırır



Azərbaycan bu ölkəyə çiyələk ixrac edəcək
Azərbaycan 6 ölkəyə polietilen ixrac edir
Bu ölkədən Azərbaycana balıq ixracı böyük həcmdə artıb
Ölkəmizdə yumurta bahalaşacaq?
Azərbaycan bu ölkəyə süd göndərə bilər
Azərbaycan fındığı Afrika bazarlarına çıxarılacaq
Azərbaycanda bu mallar ƏDV-dən azad edildi
Azərbaycan Avropaya fındıq ixracını artıracaq?
Qarabağ atlarının Avropaya ixracı planlaşdırılır
Rusiya yeni AK-12-lərin ixracına başladı
Rusiya Çinə diri qurbağa ixrac edəcək
Azərbaycanın əsas ixrac-idxal tərəfdaşları AÇIQLANDI
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 