ONN media xəbər verir ki, Türkiyədə fevralın 12-dən itkin düşən Azərbaycan vətəndaşı, lisey tələbəsi Abduləvvəl Orucovdan xəbər var.
Ötən gün o, anasına "Vatsap" üzərindən zəng edib. Anası Afət Bəşirova modern.az-a bildirib ki, oğlu Qırğızıstan nömrəsindən arasa da, yenə də danışmaq mümkün olmayıb.
"Oğlum "ana, ana!" dedi. Səsi çox uzaqdan gəlirdi. "Oğlum, hardasan" soruşdum, "yerini de" söylədim. O da tələsik "ana, məni dinlə" dedi, amma səs kəsildi və sonra həmin nömrə bağalandı. Mən tez polisə getdim. Olanlar barədə ifadə verdim. Nömrəni araşdırdıq və onun Qırğızıstan vətəndaşı Akilhdin Kamrambuayev adlı vətəndaşa məxsus olduğu üzə çıxdı. Biz də bunu polisə təqdim etdik".
Polis anaya axtarışı İnterpol-un həyata keçirəcəyini desə də, bir gün sonra yenidən mərkəzlə əlaqə saxlayan valdeynə agır bir xəbər verilib.
"Oğlunuz terror örgütlərinin birindədir".
Bu xəbərdən sonra Azərbaycanın İstanbuldakı Konsulluğu ilə əlaqə saxlayan Afət Bəşirova bu gün diplomatik korpusa gedib rəsmi ərizə təqdim edəcək. Daha sonra Azərbaycanı bu ölkədə təmsil edən diplomatik missiya məsələ ilə bağlı araşdırmaya başlayacaq.
Biz də Konsulluqla əlaqə saxladıq, yalnız araşdırmalardan sonra məlumat verilə biləcəyi söylənildi.
Qeyd edək ki, dünən gecə Abduləvvəl Orucovun atası oğlunun zəng etdiyi nömrəyə mesaj göndərib. Nömrədən cavab gəlib ki, "oğlunuzu Trabzonda görmüşdüm və telefonumu danışmaq üçün ona vemişəm. Məni rahatsız etməyin".
Amma məsələ burasındadır ki, Abduləvvəl Orucov mesaj sahibinin dediyi gündən 1 ay yarım sonra anasına eyni nömrədən zəng edib.
"Bu adam yalan danışır, yoxsa belə ciddi yanlışa yol verməz. Biz bütün yazışmaları da polisə təqdim etdik. Amma polisin nədənsə bu işə soyuq yanaşdığını düşünürük. O üzdən ümidimiz öz ölkəmizədir. Dövlətimiz bizə yardım etsin, bir yol göstərsin". Modern.az



İtkin düşən Fəridin anası nələri açıqladı- MÜSAHİBƏ
Azərbaycanlı gənc Türkiyədə itkin düşdü
Bakıya qonaq gələn Rusiya vətəndaşı itkin düşdü
İtkin düşən Fəridlə bağlı yeni xəbər var
Bakıda kişi maşını ilə birgə yoxa çıxdı
PKK üzvü Bakıdan qaçmaq istədi və...
11 gündür itkin düşən tələbə tapıldı
"O, başdanxarabdır, anası dəlixanada da yatıb"- Nazpərinin qardaşından ağır sözlər
Atanın TÜKÜRPƏRDƏN CİNAYƏTİ: 6 aylıq övladını...
İstanbulda terror törədən qadına hökm oxundu
HƏMAS 14 azərbaycanlını əsir götürdü
Həqiqət üzə çıxdı: Əmisi ilə anasını birgə görən Narin…
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 